Abuzər Suleymanzadə:” Türkün qədim boyu- Qaqauzlar” 

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk milləti olan qaqauzlar indi yaşadıqları Moldova Respublikasının cənubunda yerləşən Bucaq düzünə XIII  əsrin sonu 19- cu əsrin əvvəllərində Bolqarıstanın şimal-şərqindən köçüb gəlmişlər.

Qaqauz sözünü araşdıraq. Bununla bağlı müxtəlif versiyalar var. Bir çoxları kimi mənim inandığım versiya budur. Alimlərdən bir qismi “qaqouz” sözünü “xak+oğuz”,”hak+oğuz”(əsl oğuz) əksəriyyəti isə “göy oğuz” kimi izah edirlər.

Oğuz sözü zaman keçdikcə dəyişmiş və Qaqauz sözü əmələ gəlmişdir. Qaqauzlar XIII əsrdə Dobrucaya köçüb Oğuz dövlətini qurmuş, Səlcuq türklərinin nəslindəndirlər. Xristianlaşmış Qaraman türklərinin müxtəlif qruplarınında Osmanlı dövründə Balkan yarımadasına köç edərək Qaqauzların etnogenizində iştirak etdiyi düşünülür.

Qaqauzlar oğuz mənşəli türklərdəndir. Buna görə də dilləri Azərbaycan dilinə, Türk dilinə,Türkmən dilinə çox bənzəyir. Qaqauzlar əsasən Xristian dininə inanır. Onlardan əvvəl burada yaşayan türklərin, o cümlədən noqayların yaşadığı bölgənin toponimləri də sübut edir. Moldaviyada qaqauz kənd və bölgələrinin yerləşdiyi ərazinin sahəsi 1,8 min kv kilometrdir.  Sayları təxminən 350.000-400.000 nəfərdir. 1994 cü ildə Moldovada yaşayan Qaqauzlar üçün muxtar qurum yaradılmışdır. Qaqauzların əsas məşğuliyyətləri:qoyunçuluğun üstünlük təşkil etdiyi heyvandarlıq, eləcə də əkinçilik və bağçılıq, üzümçülük, əkinçilik və.s. Qaqauzların Qaqauz dilində yayım aparan televiziyası GRT[Qaqauziya teleradio şirkəti]dir.

Qaqauzlar çox mehriban gülərüz və qonaqpərvər xalqdır. Azərbaycanlılarla qaqauzlar arasında əlaqələri hər zaman təqdirə layiq olmuşdur. Qaqauziyanın  Başqanı İrina Vlah Qarabağ savaşı zamanı Azərbaycana dəstəyini ifadə etmişdir. Turkdilli ölkələr arasındakı əlaqələrin inkişafı biz gənclər üçün də prioritet məsələlərdən biridir. Çünki Türkün türkdən başqa dostu yoxdur!

 

Abuzər Suleymanzadə,

TAİB Gənclər Təşkilatının üzvü

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR