Tacir Səmimi: “İSLAM MÜƏLLİM”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

− Bizim şöbəyə təzə gələn oğlan sənsənmi?
− Bəli, mənəm.
İslam Ələsgərlə, İslam müəllimlə belə tanış oldum.
Adəti idi, nizam-intizam sevəndi, həmişə vaxtında işə gələr, çantasından qə-
ləm-dəftər çıxarıb işləyərdi. Arada bir mənə baxıb gülümsəyərdi:
− Baxıram bu şöbədə hələ də qələmlə yazıb-pozan var.
− Mən qələmlə yazmağa öyrəşmişəm, onu bilgisayara dəyişə bilmirəm.
Mənim bu cavabım onu razı saldığından işinə davam edərdi. İslam müəllimin
yaxşı bir xasiyyəti vardı: təzə çap olunan kitablarına avtoqraf yazıb bizə verərdi.
Ağsaqqal kimi dissertasiya müzakirələrində həmişə müdafiə edənlərə uğurlu yol
arzulayıb dəyərli məsləhətlər verərdi. Əgər işdə nöqsanlar az olmasa, onu heç vaxt
müzakirə zamanı deməzdi. Sadəcə bunu həmin adama təklikdə deyərdi. Belə edərdi ki, həmin şəxs utanıb sıxılmasın. Həmişə deyərdi:
− Mən müsbət tərəfi də, mənfi tərəfi də dedim. Sən bilərsən, bala, nəyi qəbul
edirsən, nəyi etmirsən − bu da sənin öz işindir.
Xatırlayıram, həmişə Aşıq Əlidən yana-yana danışardı:
− Aşıq Əli Aşıq Ələsgərin qardaşı Məşədi Salehin nəvəsi idi. Ustad sənətkardı. Çalğısı bir aləm, dastan danışığı bir aləm… Yaradıcılığı da çox zəngindi.
Amma onun əlyazmalarının çoxu itib-batdı. Hayıf, Aşıq Əlini ustad aşıq kimi tanıtsaq da, onun heç olmasa bir kitabını çap etdirmək mənə qismət olmadı. Bir də adama bir ömür bəs eləmir ki. Hər şeyi vaxtında-vədəsində görmək də olmur. Bir tə-
rəfdən də yaşlılıq… O necə deyərlər qeyrətim çoxdu,taqətim yoxdu.
…Sonuncu dəfə iş yerinə, şöbəmizə oğlu Xətai müəllimlə bərabər gəlmişdi.
Əlinə əsa da götürmüşdü. Halbuki İslam müəllim heç vaxt əsa götürməzdi. Kədərli
idi. Qəmli-qəmli dilləndi:
− Uşaqlar, yəqin ki, bu, mənim sizinlə son görüşümdü, Allaha əmanət olun.
Yaxşı insanlar, saza-sözə vurğun şəxslər, bir sözlə, söz adamları − yazı-pozu
əhli həmişə sözdə-söhbətdə xatırlanır. İslam müəllim də belələrindəndir − həmişə
xatırlanacaq. Aşıq Ələsgərin nəvəsi kimi, Dədə Ələsgərin cəfakeş tədqiqatçısı, sazsöz xiridarı kimi.

Tacir Səmimi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR