" />

Deputat Adil Əliyevə qardaşının vəfatı ilə bağlı başsağlığı verilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Deputat Adil Əliyevə ağır itki üz verib. 

“Xeber7.az”ın məlumatına görə ki, deputatın qardaşı, ehtiyatda olan polis polkovniki Allahverdi Əliyev bu gün dünyasını dəyişib.

Rusiyadakı “Mosoblstroy” ASC-nin baş direktoru, tanınmış soydaşımız Fuad Rzayev deputat Adil Əliyevə qardaşi Allahverdi Əliyevin vəfatı ilə bağlı başsağlığı verib: “Vətənpərvər dostumuz Allahverdi Əliyevin ölümü ilə bağlı dərindən kəndərləndiyimizi bildirir, başda qardaşı Adil Əliyev olmaqla yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allahdan mərhuma Rəhmət diləyirəm”, – deyə saytımıza göndərilən başsağlığında qeyd olunur.

Xatırladaq ki, Allahverdi Əliyev uzun illər polis sistemində yüksək vəzifələrdə çalışıb. Onun pensiyaya çıxarkən son iş yeri DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu üzrə polis şöbəsinin rəisi vəzifəsi olub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR