Türkiyədə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi – FOTO/VİDEO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

28 May – Müstəqillik Günü münasibəti ilə TÜRK DENİZ GLOBAL STRATEJİLƏR MƏRKƏZİ (TÜRK DEGS) və QAFQAZ TARİXİ MƏRKƏZİ TÜRKİYƏ NÜMAYƏNDƏLİYİNİN birgə təşkilatçılığı ilə “Azərbaycan Demokratik Cümhuriyyətinin 106-cı il dönümü” adlı keçirilən tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən Türkiyə və Azərbaycan Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir hər iki qardaş ölkənin Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

-Giriş sözü ilə, Topkapı Universiteti DEGS Araşdırma Direktoru Şafak YILDIRIM mərkəz barədə qısa bilgi verib – “Türk DEGS 24 iyul 2020-ci ildə Müstafi Tümamiral Doç. Dr. Cihat Yaycı tərəfindən yaradılmışdır.

Türk DEGS beynəlxalq əlaqələr, hüquq və dənizçilik sahələrində fəaliyyət göstərən bir Strateji Mərkəzdir. Mərkəz, Topkapı universiteti Mavi Vətən Dəniz Siyasəti və Stratejiləri Araşdırma və Tətbiqi Mərkəzi ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Eyni zamanda mərkəziin əsas məqsədi Dövlət qurumlarına müşavirlik xidməti göstərərək Türkiyənin haq və mənfəətlərini beynəlxalq hüquq çərçivəsində təsbit etmək, müdafiə etmək və inkişaf etdirməkdir”.

-Daha sonra mərkəzin rəhbəri Müstafi Tümamiral Doç. Dr. Cihat YAYCI paşa çıxış edərək Azərbaycan Demokratik Cümhuriyyətinin Türk dünyasının və Şərqin ilk demokratik sivil respublika olduğunu və Azərbaycan Türkiyə münasibətlərinin müsbət məcrada inkişaf etdiyini və cumhuriyet qurucuları və xüsusilə Məmməd Əmin Rəsulzadənin fəaliyyətlərini vurğulayıb.

-İstanbul Küçükçekmece Kızılay başqanı Hüseyin İPEK bəy Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi önəmini vurğulayıb və İslam dünyasında layiqli rol oynadığını qeyd edib.

-Qafqaz Qarixi Mərkəzi -Türkiyə Təmsilçisi, Türk DEGS Qafqaz üzrə eksperti ehtiyyatda olan polkovnik Akif QASIMOV slayd təqdimatında Azərbaycan Demokratik Respublikasının yaranması, fəaliyyəti və süqutu barədə qonaqlara dolğun məlumat verib. Akif QASIMOV öz çıxışında əlavə olaraq bildirib ki,
“Ümümmilli Lider Heydər ƏLİYEVİN “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Müzəffər Ali Baş Komandan İlham ƏLİYEVİN rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu rəşadətli Zəfər qazanaraq 30 illik işğala son qoymaqla beynəlxalq ədaləti bərpa etmişdir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri Haqqında imzalanmış Bəyannamə isə hər iki qardaş ölkə üçün böyük əhəmiyyətə malikdir.
Konfransda Azərbaycan ilə əlaqədar musiqi və tanıtım klipləri nümayiş etdirilib və konfransın sonunda iştirakçılarla xatirə şəkli çəkilib.

Tədbirdə İstanbul Çatalca rayonu Əmniyyət Müdiri Ali Osman TURAN, Topkapı Universiteti DEGS Kıdemli Uzmanı Beyzanur BURUK, Halkalı Fənn Elmləri Mərkəzinin rəhbəri Tanər KORHAN, iş adamı Amin ŞARABİANİ, Bülent YARDIMCI Kiçikçəkməcə Kızılay Şöbəsi Başqan yardımçısı və Topkapı Universitetinin tələbləri iştirak edirdilər.

https://www.youtube.com/watch?v=frpswjZP2Lk
image-4f47e641-c962-4af5-aa8b-e40fc3e4046b image-7cbb0da9-5e9c-4caf-8ae3-d8d2665b4789 image-31e43207-b948-4897-be4f-f60bc34a2769 image-762b04b8-a6f7-465e-a2a8-fd1a506d98e3

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR