Mən Göyçəyə dönəcəm!
Mayın 18-də mənim dədə-baba yurdumun Qərbi Azərbaycanın Göycə mahalının Qaraiman kəndinin 1988-ci ildən deportasiya edilməsinin 36-cı ildönümünmü və Göycə mahalının Qaraiman kəndinin icmasının yaranması Göygol rayonunda yüksək səviyyədə geyd edilmişdir. Tədbirə Göygöl rayon İcra Hakimiyyəti başçsının müavini Qocayev Arzu Rövşən oglu və bir cox ziyalılar da dəvət edilmişdir.
Basarkeçər rayon Qaraiman kənd icmasının sədri Səbuni Ədil oğlu, təşkilatçı müavinlər, Rüstəmov Ərəstun Dəmir oğlu. Kazımov Kazım kəlvayı oglu,
SSRovetinin deputatı, Yeni Zod kəndi icra nümayəndəsinin müavini və Qariman kənd Qadınlar şuradının sədrii Ziyafət Novruzova Musa gızı, Təşkilatçı müavin və şairə, Bakı şəhəri Məhəmmıdi kəndi uşag bagcasının müəlliməsi Durna Süleymanova Rəşid qızı və nümayəndələr, kənd icmasının üzvləri, Ulu öndər Heydər Əlivin Göygöldəki abidəsinin önün tər gülər qoyaraq əziz xatirəsi yad etmişlər. Sonra isə Göygöl rayonunda yerləşən Şəhidlər xiyabanını ziyarət etmiş və əziz şəhidlərimizin ruhu garşısında baş əyib onların xatirəsini yad etmişlər.
Tədbirə dəvət edilən hər bir kəs bu gün ölkə başçısı cənab Ali Baş Komandan İlham Əliyevin dürüst və mübariz siyasətini dəstəkləyib dəmir yumruq kimi onun ətrafında bir olub, ulu Göyçəmizə döməcəyimizdə heç bir şübhələrinin olmadığını bildirmişlər.
Sonra isə rayonda yerləşən restoranların birində icmanın yaranmasını musqili əyləncəli hissə ilə qeyd etmişlər.
Könül Abbasova
Sankt-Peterburq