Leninoqorskdakı soydaşlarımız Novruz bayramını təntənəli şəkildə qeyd ediblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərindəki Mədəniyyət Sarayında yazın gəlişini, təbiətin oyanışını, insanla onu əhatə edən aləm arasında ayrılmaz əlaqəni təcəssüm etdirən Novruz  bayramı tədbiri keçirilib.

Tədbirin qonaqlarını Leninoqorsk vilayətinin başçısı Ryaqat Xusainov təbrik edib. O, bu bayramın bütün millətlərin nümayəndələrini birləşdirdiyini qeyd edib, onlara cansağlığı, xoş əhval-ruhiyyə arzulayıb.

Konsert proqramı incəsənət ustalarının, Mədəniyyət Sarayının yaradıcı qruplarının və Leninoqorsk vilayətində yaşayan milli diasporların iştirakı ilə təşkil olunub.

Leninoqorsk şəhərindəki “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının gənc nümayəndələri Novruza həsr olunmuş mahnı, rəqs və şeirlərlə maraqlı tamaşalar hazırlayıblar.

“Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədovun dəvəti ilə bayramın xüsusi qonaqları azərbaycanlı müğənni, beynəlxalq müsabiqələr laureatı Asif Bakinski və “Qarabağ” xoreoqrafik ansamblı olub.

“Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədr müavini Mustafa Mustafayev səhnədən tədbir iştirakçılarını və qonaqları Novruz bayramı münasibətilə təbrik edib, Leninoqorsk vilayətinin başçısı Ryaqat Xusainova şərəf və ləyaqət rəmzi olaraq Azərbaycan papağı və xəncəri hədiyyə edib.

Foyedə milli xörəklərin, bədii sənətkarlığın, xalq məmulatlarının sərgisi təşkil olunub. Milli diaspor nümayəndələri ənənəvi şirniyyatlar nümayiş etdiriblər.

Leninoqorsk şəhərinin və Leninoqorsk vilayətinin Azərbaycan diasporunun nümayəndələri tərəfindən hazırlanmış stenddə Azərbaycanın mədəni irsindən nümunələr, milli musiqi alətləri və kitablar, həmçinin Novruz bayramının ənənəvi simvolları olan səməni və xonçalar nümayiş etdirilir. şirniyyatlar nümayiş etdirilib. Tədbirin qonaqlarına ənənəvi Azərbaycan xəmirləri – paxlava və şəkərbura ilə çay süfrəsi verilib.

Azərbaycanlılar arasında Novruzun qeyd edilməsi ənənələri nəsildən-nəslə ötürülür, bayramın hazırlanmasında Azərbaycan diasporunun bütün yaş təbəqələrinin nümayəndələri iştirak edirdilər və uşaqlar sadəcə olaraq bütün zalı valeh edirdilər.

Qeyd edək ki, Novruz bayramı 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilib.

Xatırladaq ki, “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov tərəfindən ənənəvi olaraq hər il Leninoqorskda Novruz bayramı tədbiri keçirilir.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR