Türkiyədəki zəlzələnin ildönümünə həsr olunmuş povest kitabxanaya təqdim edildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Yasamal rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” lahiyəsi uğurla davam edir.

 

Kitabxananın Fəxri oxucusu, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı Gülzar İbrahimova kitabxanada həyata keçirilən layihəyə  çərçivəsində  “Mən böyüdüm, sən də böyü…” povestini  təqdim etdi.

Povest Kahramanmaraş zəlzələsində (6 fevral 2023-cü il) faciə yaşamış uşaqlara,  zəlzələ zamanı inşa etdiyi binaların heç biri dağılmamış tikinti mühəndisi Hasan Oktaya həsr olunub.

Bu povest çətin anlarda  insanların bir-birinə dayaq olmağından, dar gündə insana kömək etməkdən, bir-birilərinə dəstək olaraq dağıntılar altından  sağsalamat  qurtulmaqlarından bəhs edir.

Povest  aşağıdakı keçiddə yerləşdirilib:

https://drive.google.com/file/d/1LBWb_Lxt3TCIADZl-oJ0HM3fNWCkyi-e/view?usp=sharing

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR