İzmirdə Xocalı soyqırımı ilə bağlı panel keçirilib – Azərbaycanlı professor məruzə edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

İzmir Bakırçay Universitetində 26 fevral 1992-ci ildə ermənilərin törətdiyi Xocalı soyqırımı ilə bağlı panel keçirilib. İzmir Bakırçay Universitetinin rektoru Prof. Dr. Mustafa Berktaş Universitetin konfrans zalında keçirilən paneldə Xocalı soyqırımının 20-ci əsrin ən vəhşi qətliamlarından biri olduğunu vurğulayıb. 44 günlük vətən müharibəsi nəticəsində Qarabağda zülmə son qoyulduğunu deyən rektor Qəzzada da oxşar vəhşiliyin yaşandığını vurğulayıb.

Humanitar və Sosial Elmlər Fakültəsinin dekanı prof. Dr. Mustafa Daşın təşkil etdiyi paneldə Ege Universitetindən Prof. Dr. Vəfa Kurban və Dr. Muhammet Şen Qarabağ və Azərbaycanın tarixi, ermənilərin bölgəyə necə gəlmələri və sənədlərlə tarixi hansı vasitələrlə saxtalaşdırdıqları, 1-ci Qarabağ müharibəsi və Xocalı soyqırımı haqqında məlumat verib. Toplantıda tələbə və akademiklərlə yanaşı, İzmirdə yaşayan azərbaycanlılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR