“Sivil Toplum” Monitorinq Koalisiyası regionlarda müşahidəçilər üçün təlimlər keçirir      

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Sivil Toplum” Monitorinq Koalisiyasının müşahidəçilərin təlimatlandırılması məqsədi ilə keçirdiyi silsilə təlimlər 18 yanvar 2024-cü il tarixdə saat 11.00-da Qəbələ şəhərində, 19 yanvar tarixdə 11.00-da Saatlı şəhərində, 15.00- Şirvan şəhərində davam edib. Saatlı, Sabirabad, Şirvan və Hacıqabul rayonlarında fəaliyyət göstərəcək müşahidəçilər üçün keçirilən təlimlərdə Koalisiyanın həmsədri Aydın Kərimov “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat verib, sonra müşahidəçilərin fəaliyyətinin seçki prosesində əhəmiyyətini vurğulayaraq, bu təlimlərin faydalı olacağına inandığını bildirib. Çıxışların ardınca təlimçilər təlim prosesinə başlayaraq  Mərkəzi Seçki Komissiyasının hazırladığı “Müşahidəçilər üçün yaddaş” kitabçası və seçki qanunvericiliyi barədə ətraflı məlumat veriblər. Qəbələ şəhərində təlimçi Ayxan Qəhrəmanov, Saatlı və Şirvandakı təlimlərdə isə təlimçi Vəkillər Kollegiyasının üzvü Namiq Həsənov müşahidəçilərin seçkinin obyektiv, ədalətli, şəffaf, qanunauyğun keçirilməsində rolu, onların funksiyaları haqqında ətraflı danışıblar.

Təlim zamanı iştirakçıların çoxsaylı sulları cavablandırılaraq, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Sonda isə təlimçilər üçün müvafiq sənədlər təqdim edilib.

Şirvan şəhərində keçən təlimdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiaysının uzunmüddətli müşahidəçiləri Aleksanr Paşetko və Yoxen Maykl Rink iştirak ediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR