Diaspor rəhbərinin oğluna ABŞ-da ciu-citsu idman növü üzrə bənövşəyi kəmər verildi – VIDEO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

ABŞ-ın Florida ştatının Hollivud şəhərində azərbaycanlı idmançı Taleh Mahmudova ciu-citsu idman növü üzrə bənövşəyi kəmər verilib.

“Diaspornews.az” xəbər verir ki, təqdimat mərasimi Hollivud şəhərində Cənubi Florida Braziliya Ciu-Citsu Alyanısının zalında keçirilib. Bənövşəyi kəməri və sertifikatı Taleh Mahmudova Braziliya Ciu-Citsu Alyanısının baş təlimçi master Carlos Rollyson təqdim edib.

Xatırladaq ki, Taleh Mahmudov Rusiyanın Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudovun oğludur. Gənc idmançı Taleh Mahmudov uzun müddətdir ki, ABŞ-da yaşyır, eyni zamanda ciu-citsu idman növü ilə məşğul olur. Onun atası da idman ustası, Krasnoyarsk diyarının Ağır Atletika Federasiyasının prezidentidir. Gənc idmançı Taleh Mahmudov da atasının yolunu idmançı olaraq davam etdirir.

image-img-20240112-wa0017 image-img_20240112_113427

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR