Vətən müharibəsi şəhidi haqqında kitab işıq üzü gördü

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə Nəzakət Quluqızı “Onu belə xatırlayıram” kitablarını hədiyyə etdi.

“Onu belə xatırlayıram” kitabı Vətən müharibəsinin Nefçaladan olan ilk şəhidi, adını qəhrəmanlıq tarixinə yazan 24 yaşlı vətənpərvər Ayaz İmanzadənin xatirəsinə həsr edib.

Kitab on bölmədən ibarətdir. “Yenə qayıdacağam” hekayəsində şəhid leytenant Ayaz İmanzadənin mənalı ömür yolundan, igidliyindən, mərdliyindən, sücayətindən bəhs olunur. “Sənsiz səninlə” hekayəsini, “Yenə qayıdacağam…” oçerikini müəllif şəhid Ayaz İmanzadənin gözlərini onun daşlaşmış gözlərinə dikən ömür-gün yoldaşı Gülşən İmanzadənin xatirələri əsasında qələmə alıb. “Yaddaşlarda qalan Ayaz” bölməsində onun hərbiçi dostlarının (zabit, veteran, qazi və əsgərlərinin) xatirələri verilir. “Ayazlı xatirələrim” bölməsində Ayaz İmanzadənin bacısı Rəna İmanzadənin kədərlə dolu xatirələri qələmə alınıb. “Poetik düşüncələr” bölümündə şəhidimiz Ayaz İmanzadənin kursant olduğu dövrdə yazdığı bir neçə şeir nəşr olunub. Kitabda digər maraqlı yazılar da yer alıb.

Kitabda şəhid A.İmanzadənin müxtəlif illərdə çəkilən və onun şəxsi arxivində saxlanılan fotoşəkillər var.

Oxucular kitabla Yasamal rayon MKS-nin kitabxanalarında tanış ola bilərlər.

Kitab haqqında qısa məlumat aşağıdakı keçiddə verilib:

https://drive.google.com/file/d/1VnreCEixazbS2fUf9RWKpvgdbjr3zwuZ/view

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR