Azərbaycan İlahiyyat İnstitutunda TAİB sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyevlə görüş keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi İctimai Birliyi (TAİB) və Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Heydər Əliyev irsinin gənc nəslin vətənpərvərlik ruhuna təsiri” mövzusunda tədbir keçirib.
Tədbirdə Türk Ağsaqqallar Birliyi-TAİB üzvləri, Aİİ rəhbərliyi və kollektivi iştirak edib.
Ulu öndər Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Aİİ rektor, dosent Aqil Şirinov çıxış edib. O, ümummilli lider Heydər Əliyevin sovet dövründə və ölkəmiz müstəqillik qazandıqdan sonra dahi şəxsiyyətin hakimiyyətə yenidən qayıdışı ilə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində Ulu Öndərin məqsədyönlü siyasətindən söhbət açıb. Hazırda bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra açılış nitqi ilə çıxış edən TAİB sədri, AMEA-nın müxbir üzvü, YAP Veteranlar Şurasının üzvü, akademik Südeyif İmamverdiyev dahi rəhbər, ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüb, onun həyat yolundan söz açıb. Dahi rəhbər Heydər Əliyevin ölkəmizin azadlığı və müstəqilliyi uğrunda misilsiz işlərindən bəhs edib. S.İmamverdiyev Ulu Öndərin Azərbaycan xalqı qarşısında, ölkəmizin müstəqilliyi, milli-mənəvi dəyərlərimizin qorunması uğrunda əvəzolunmaz xidmətlərindən maraqlı xatirələrini bölüşüb.
 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR