Yazıçı, şair  Məhəbbət İbrahimova kitablarını kitabxanaya hədiyyə etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında  həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində  yazıçı, şair Məhəbbət İbrahimova kitablarını kitabxanaya hədiyyə etdi.

Məhəbbət  İbrahimova 6 kitab müəllifidir, onun 30-dan çox şeirinə mahnı bəstələnmişdir. Yazıçının “Ömürdən qurban olmaz” və ”Yalan dolu məhəbbət” kitabları mövzu aktuallığı ilə seçilir. “Ömürdən qurban olmaz” kitabında müəllif saf sevgidən yazır. Romanın baş qəhrəmanı  həqiqəti başa düşərək  yarıyoldan dönür, yalnız onun qalan ömrü mənasız keçir. Əsər insanı həyatın mənası haqqında düşüncələrə qərq edir.

Müəllifin “Yalan dolu məhəbbət“ kitabına roman, şeir və aforizmlər daxildir. “Yalan dolu məhəbbət” romanı iki gəncin, baş tutmayan sevgisindən, onların keçirdiyi çətin uşaqlıq illərindən  bəhs edir. M.İbrahimovanın “Allahım”, “Oyanın insanlar”, “Qarabağa”, “Dərdim var”, “Şuşada”, “Anam Azərbaycan”, “Türk oğlu”, “Covid-19” və b. şeirləri oxucuların marağına səbəb olmuşdur. Kitabda müəllifin həyat, sevgi, ailə, ana və başqa mövzuları əhatə edən 50-dən çox aforizmi də vardır.

Məhəbbət İbrahimovanın dediyi bir kəlmə diqqəti cəlb edir: ”Mən nə şair, nə də yazıçıyam, mən ədəbiyyat vurğunuyam”.

Oxucular M.İbrahimovanın kitabları ilə Yasamal rayon MKS-nin kitabxanalarında tanış ola bilərlər.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR