Bu gün Qazaxıstandakı diaspor rəhbərinin 70 yaşı tamam olur
Bu gün Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti Fəxrəddin Məhərrəmovun doğum günüdür. Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı sədrinin müavini Orxan Əliyev ad günü münasibəti ilə Fəxrəddin Məhərrəmovu təbrik edib: “Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı üzün illərdir ki, soydaşlarımızın mədəni dəyərlərinin qorunub saxlanması və təbliğ olunması istiqamətində fəaliyyəti ilə bu ölkədə özünü təsdiq etmiş diaspor təşkilatdır. Mərhum Vidadi Salhovdan sonra bu təşkilatın rədbərliyini üzərinə götürməklə Fəxrəddin Məhərrəmov çox böyük məsüliyyətin altına girib. Bu da Fəxrəddin müəllimin vətənpərvərliyindən, əməksevərliyindən, soydaşlarımza olan diqqət və qayğısından irəli gəlir. Fəxrəddin müəllim təcrübəli insan, ağsaqqal olaraq milli diasporu irəli aparmaq üçün çalışır. Bunun üçün insanda çox böyük səbr, dözüm və iradənin olması gərəkdir. Bütün bunları 70 illik həyat təcürbəsi əsasında mənəvi güc olaraq Fəxrəddin müəllim qazanmışdır.
Fəxrəddin Məhərrəmovu 70 yaşı tamam olması münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirəm”.