" />

Tayfun Atmacadan yeni əsər: “Qarda Ayaq İzləri”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Məhşur Türk yazıçı Tayfun Atmacanın yeni əsəri işıq üzü görüb.

“Qarda Ayaq İzləri” adlı əsər Sarıqamışda başlayan və Bakı Nargin adasında davam edən çətin mübarizənin epik hekayəsindən bəhs edir.

Əsədən bir parçanı təqdim edirik:

“Qarda Ayaq İzləri” heç vaxt yaddaşlardan silinməyəcək.
Müəllifin Sarıqamış əməliyyatını müxtəlif aspektlərdən qələmə aldığı “Qarda Ayaq İzləri” adlı roman Alatoran Nəşriyyatında Azərbaycan türkcəsiylə nəşr edilib.
Sarıqamış Hücum Hərəkatı bu cəbhədə gedən, mövsümi və coğrafi çətinliklər səbəbiylə bir çox dramları ehtiva edən, Osmanlı İmperatorluğunun varlıq mübarizəsində ən yüksək fədakarlığın göstərildiyi bir döyüş kimi tarixə düşür.
Müəllifin tarixi mənbələri diqqətlə tədqiq etdiyi və uzunmüddətli araşdırmalar nəticəsində nəşr etdirdiyi roman indiyə qədər “Sarıqamış” mövzusunda yazılmış kitablardan fərqlənir. ‘Sarıqamış əməliyyatı’na və keçmişin buz kimi qaranlığına işıq tutan romanda bu günə qədər çox diqqət yetirilməyən hərflərin müharibənin gedişatını necə dəyişdiyi açıqlanır.
Kitabda Sarıqamışda başlayan, Tiflisdə davam edən və Bakı Nargin adasında sona çatan, buz bağlamış Şəhidlər təpəsində əsir kimi sağ çıxan Manastırlı leytenant Əli Saminin heyrətamiz hekayəsindən bəhs edilir.
Müharibədə də insan olmaq üçün vazkeçilməz sayılan böyük sevgi hekayəsi oxucunu romanın səhifələrinə çəkir. Bakı ziyalıları Akife Xanım və Əli Saminin sevgisini oxuyanda bu böyük sevgiyə hörmətlə yanaşacaq və göz yaşı tökəcəksiniz …

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR