" />

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, tanınmış yazıçı, publisist, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Nüşabə Məmmədli kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Yuxunun da çin çıxanı olurmuş!!!” hekayəsini təqdim etdi.
b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_08258467-251C-443D-A117-B32E29C033B2_1.jpeg

Hekayədə ordumuzun 23 saat 43 dəqiqəyə çaldığı tam Qələbəsindən bəhs edilir. Bu hərb tarixində analoqu olmayan hadisədir. Hekayənin baş qəhrəmanı Şahmal sevinclə anasına deyir ki, ordumuz Ulu Öndərin ən böyük arzusu və vəsiyyətini yerinə yetirərək onun 100 illik yubileyi ilində bütöv Qarabağı azad etdi.

Müəllif hərbiçi anasının bu Zəfəri yuxuda görməsindən və bu yuxunun çin olmasından söhbət açır. Qətibə ana yuxudan ayılaraq həyacan içində Allaha oğlu üçün dua edərkən, telefonda oğlunun “Ana, Qələbəni tam qazandıq! Bütöv Qarabağ Azərbaycandır!” qürurverici səsini eşidir. Bu anda Qətibə ana Ulu Öndərin “Biz Qarabağı mütləq azad edəcəyik, doğma torpaqlarımıza qayıdacağıq!” sözlərini xatırlayır.

Hekayəni oxuduqca Azərbaycanın  qəhrəman oğulları ilə və Ali Baş Komandanla  fəxr edirik.

Hekayə aşağıdakı keçiddə yerləşdirilib:

https://docs.google.com/document/d/16NRoaZ0-y-3Mf-XkQlkIWa4ujIIHTHjG/edit?usp=sharing&ouid=110237449792357966265&rtpof=true&sd=true

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_IMG-20231027-WA0014.jpg

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_IMG-20231027-WA0013.jpg

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR