" />

“Heydər Əliyevin Dənizkənarı Milli Parkın inkişafında misilsiz xidmətləri” adlı konfrans keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Memarlıq və İnşaat Universiteti Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasimətilə “Heydər Əliyevin Dənizkənarı Milli Parkın inkişafında misilsiz xidmətləri” adlı konfrans keçirib.
Dənizkənarı Bulvar İdarəsinin sədri İlqar Mustafayev Ulu Öndər Heydər Əliyevin Bakı bulvarının inkişafındakı xidmətlərindən, bu xidmətlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində 1970-80-ci illərdə ölkədə, eləcə də bulvarda yenidənqurma və quruculuq işləri aparılıb, Bulvar şərq və qərb istiqamətlərində genişləndirilib və uzunluğu 3,7 kilometrə çatdırılıb. Ulu Öndər Azərbaycana ikinci rəhbərliyi dövründə də dövlət quruculuğu ilə yanaşı, bulvarın inkişaf etdirilməsinə də xüsusi diqqət və qayğı ilə yanaşıb.

Tədbirdə iştirak edən Memarlıq və İnşaat Unuversitetinin Sosial və ictimai əlaqələr üzrə prorektoru Orxan Naqdıyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Memarlıq və İnşaat Universitetinin “Memarlığın əsasları” kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə doktoru Kamran Sultanov Ümummilli Liderin əvəzsiz fəaliyyətindən söz açıb.

Tədbirdə Heydər Əliyevin Dənizkənarı Milli Parkın ziyarətlərindən biri haqqında videoçarx yayımlanıb.

Sonda Bakı bulvarının keçdiyi tarixi yolu ehtiva edən videoçarx da nümayiş olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR