İsrail Təhlükəsizlik Akademiyası: Dost və qardaş Azərbaycan dövlətinin və xalqının Dövlət Müstəqilliyinin Bərpası Gününü təbrik edirik

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Dost və qardaş Azərbaycan dövlətini və xalqını tarixi istiqlaliyyətinin‚ suverenliyinin və müstəqilliyinin bərpasının 32 illiyi münasibətilə təbrik edirik. Azərbaycan xalqı tarixən qanlı müsibətlərə‚ ağır məşəqqətlərə məruz qalmışdır. Azərbaycan xalqı tarixən haqqsızlıqlara‚ yadellilərin hücumlarına məruz qalmış və zaman-zaman öz istiqlaliyyətini itirmişdir. 70 il sovet əsarəti zamanı böyük repressiyalara məruz qalan Azərbaycan xalqı nəhayət ağır imperiya siyasətinə yox deyərək qanlı əsarətdən xilas olmuşdur. 1991-ci ilin Müstəqillik aktı ilə Azərbaycan öz müstəqilliyini bərpa edərək öz azadlığına qovuşmuşdur. Və təsadüfi deyil ki‚ Azərbaycanın müstəqilliyinin bərpasını ilk tanıyan dövlətlərdən biri məhz İsrail dövləti olub. 1991-ci ilin Dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini tanımış və öz siyasi dəstəyini göstərməyə çalışmışdır. Həmin gündən indiyə İsrail dövləti ilə müstəqil Azərbaycan Respublikasının dostluq əlaqələri başlamış və əlaqələr qardaşlıq münasibətlərinə yükəlmişdir. Azərbaycan İsrailə ən yaxın dost ölkələr sırasındadır. Hətta bu dostluq müttəfiqliyə yüksəlib. İsraillə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində dahi şəxsiyyət Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bu gün Azərbaycan və İsrail dövlətləri arasındakı dostluq münasibətləri prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Azərbaycanda heçbir zaman anti-semitizm olmayıb. Azərbaycan xalqı ilə yəhudi xalqı qardaşlaşmış və qohumlaşmış xalqdır.
Dost və qardaş Azərbaycan Respublikasının və xalqının müstəqilliyinin və suverenliyinin bərpası gününü təbrik edir‚ Azərbaycan xalqına əmin-amanlıq‚ xoşbəxtlik və firəvanlıq arzu edirik. Qardaş Azərbaycanın suverenliyi və təhlükəsizliyi daimi və əbədi olsun.

 

İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan
Respublikasındakı Regional
Nümayəndəliyi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR