" />

Türk Ağsaqqalları Birliyinin sədri, akademik Sudeif İmamverdiyev: “27 sentyabr həm anım günü, həm də qürur günümüzdür”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“27 sentyabr həm anım günü, həm də qürur günümüzdür

“Şəhidlərimizin narahat ruhları zəfərə səslədi.
Və nəhayət prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Tarixi Zəfər bütün yanar ürəklərə su çilədi. Şəhidlərimizin narahat ruhları dinclik tapdı. Bu gün abadlaşan yurdlarımız, Qarabağın dirçəlişi, Zəngəzur dəhlizinin açılması Qərbi azərbaycanlıların da ümidlərini də göyərtdi. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, ümumən region üçün strateji əhəmiyyətə malikdir.
Ermənilər yenə öz xislətlərindən əl çəkmirlər.

Ermənilər birmənalı qaydada bilməlidirlər ki, o torpaqlar bizim qədim yurdlarımızdır. Bizim möhtərəm prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib. Bu qayıdış bizim azərbaycanlı olaraq milli ideyamızın əsasını təşkil edir. Biz öz tarixi torpaqlarımıza qayıdırıq. Bütün azərbaycanlı qaçqınlar əzəli yurd yerlərinə qayıdacaqlar!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi xalqımızın qəlbində, yaddaşında əbədi yaşayacaq!”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR