İsrail Təhlükəsizlik Akademiyası: “Qarabağdakı qanunsuz erməni birləşmələrini və terrorçuları zərərsizləşdirmək Azərbaycan dövlətinin beynəlxalq hüququdur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının bir qurup əməkdaşlarının ermənilərin mina terroruna məruz qalaraq şəhid olması xəbərindən sarsıntı və kədər hissi keçiririk. Ermənistan bölgədə terror ocaqları yaradıb və çox sayda günahsız Azərbaycan əsgəri və mülki sakinlər ermənilərin mina terrorunun qurbanı olur. Qarabağdakı erməni birləşmələrinin törətdiyi əməllər heçbir insanlıq qanunlarına sığmayan‚ qeyri-insani hərəkətlərdir. Qanunsuz erməni birləşmələrinin Qarabağda əraziləri minalaması birmənalı olaraq terror əməlidir və erməni birləşmələri bu cinayətləri ilə bütün əndazələri aşmaqdadır. Ermənilərin kəşfiyyat və diversiya quruplarının Azərbaycan Respublikası ərazisinə sızaraq gediş-gəliş yollarına mina basdırması nəticəsində hərbiçilər‚ polis əməkdaşları ilə birlikdə mülki vətəndaşlar da qanlı terrorun qurbanı olur. Bütün bu qanlı əməllərin məsuliyyəti Qarabağdakı qanunsuz erməni separatçıları ilə birlikdə birmənalı olaraq Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir. Ermənistan tərəfi öz havadarlarının çirkin və məkrli təhriklərindən çəkinməli‚ bölgədə mina terroruna son qoymalı‚ Azərbaycana qarşı təxribat əməllərindən‚ terrorçuluq və qəsbkarlıq siyasətindən əl çəkməlidir. Başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində və suveren sərhədlərinin daxilində terror və hərbi təcavüz aktı törətmək‚ təxribat yaratmaq‚ kəşfiyyat və diversiya hərəkətləri həyata keçirtmək beynəlxalq qanunlarla ağır cinayətdir. Bu hal birmənalı olaraq terror əməli və hərbi cinayətdir. Azərbaycan dövlətinin öz inzibati ərazisini‚ suveren sərhədlərini‚ mülki əhalisini və hərbi obyektlərini terrorçulardan qorumaq hüququ vardır. Odur ki‚ Azərbaycan dövlətinin Qarabağdakı qanunsuz erməni birləşmələrinə və terrorçulara qarşı anti-terror əməliyyatı aparmaq məhz beynəlxalq hüquqla Azərbaycan dövlətinin özünümüdafiə hüququ və haqqıdır. Hər bir suveren dövlət öz ərazisini və mülki sakinlərini terrorçulardan və hərbi təcavüzdən qorumağa borcludur.

Biz‚ Qarabağdakı erməni birləşmələrinin və erməni terrorçularının törətdiyi qanlı əməlləri və terror aktlarını qətiyyətlə pisləyirik. Azərbaycan dövləti öz mövqeyində haqqlıdır və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Hazırda öz ərazisini terrorçulardan təmizləmək üçün Azərbaycan dövlətinin apardığı anti-terror əməliyyatlarına öz dəstəyimizi ifadə edirik və hər zaman dost Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildiririk.

 

 

İsrail Təhlükəsizlik Akademiyasının

Azərbaycan Respublikasındakı

Regional Nümayəndəliyi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR