TAİB GT sədri: “Türk gəncliyi gücünü müdriklər ocağından alır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Biz bu gün müdriklər ocağının işığına toplaşaraq daha böyük uğurlara nail olmaq istəyirik. Bu nədənlə Türk Ağsaqqalları Birliyi platformasında həvəslə türk birliyinin möhkəmlənməsi uğruna byük layihələr həyata keçirən müdrik türk ağsaqqallarının təcrübə və tövsiyyələrindən bəhrələnmək üçün yüzlərlə tük gənci ətrafımıza toplaşır”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB Gənclər Təşkilatıın sədri, ictimai fəal, vikipediya sahəsində ixtisaslaşmış gəncimiz Elgün Rüstəmli deyib.
O, bildirib ki, biz gənclər ardımızca gələn nəsillərə türk birliyinin nə qədər vacib və önəmli olduğunu təbliğ etməli, birliyin gücünü göstərməliyik.
“Biz türk ölkələrinin gəncləri biri-birimizi daha yaxından tanımalıyıq. Ortaq türk tarixininin, kökümüzün, mədəniyyətimizin eyniliyinin əsaslarını keçmişimizə istinadən gələcəyimizə ötürməliyik. Bunun üçün də türk gəncliyinin boynuna böyük yük düşür. Biz Azərbaycan gəncləri olaraq türk ölkələrinin gəncləri ilə daha sıx əlaqələr qurmağa çalışır, ortaq layihələr, təlimlər və tədbirlər həyata keçiririk. Yay mövsümü olmasından da istfadə edərək TAİB Gənclər Təşkilatı vaxtdan səmərəli istifadə etdik. Müxtəlif təlim və tədbirlərlə mövsümü məhsuldar başa vurduq”.
Sentyabrdan yeni layihələrlə çıxış edəcəklərini bildirən GT sədri onu da vurğulayıb ki, Türk Ağsaqqallar Birliyi hər bir gənc üçün böyük meydan olmaqla yanaşı, böyük də elmi məktəbdir.
Qeyd edək ki, TAİB Gənclər Təşkilatında ölkənin ən fəal gənclərilə yanaşı türk ölkələrinin ictimai fəal gəncləri də təmsil olunurlar.
Bütün reaksiyalar:

Eyvaz Qunbatov

Bəyən

 

Şərh bildir
Paylaş

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR