Azərbaycan-Özbəkistan qardaşlığı tarixi irsdir
Bildiyimiz kimi Türk tarixi qədim dövrlərə söykənən şanlı bir tarixdir. Tarixdə Türklər dəfələrlə dünyaya nizam verən və dünyanı idarə edən bir millət olmuşdur. Bunlara misal olaraq bir sıra tarixi Türk dövlətlərini misal çəkə bilərik. Məsələn, göytürklər, hunlar, səlcuqlular, teymurilər və s. bu kimi bir sıra tarixə öz adlarını həkk edən Türk dövlətləri olmuşdur. Təəssüf ki, bəzi daxili çəkişmələrdən və xarici problemlərdən dolayı, Türk dövlətləri parçalanmış və nisbətən zəifləmişdilər. Bu parçalanmanın əsası isə Sovet dönəmində olmuşdu. Türküstanı özbək, qazax, qırğız, türkmən- deyə ayırmaq kommunistlərin ən böyük oyunu idi. Sovet imperiyası dağılandan sonra kommunizm əsarətindən ilk azad olan Azərbaycan cümhuriyyəti olmuşdur. Lakin digər Türk dövlətlərində isə təəssüf ki, sovet təsiri qalmaqda idi. Ancaq son illərdə cənab prezidentimizin bir sıra uğurlu siyasəti sayəsində digər Türk dövlətlərində də artıq canlanma müşahidə edilmişdir. Və Qarabağ savaşındakı zəfərimiz digər Türk dövlətlərində böyük maraqlar yaratmışdır.
Azərbaycan -Özbəkistan, hər iki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Hal-hazırda Özbəkistan dövlətinin prezidenti cənab Şafkat Mirziyoyevin Azərbaycanda səfərdə olması və cənab İlham Əliyevlə görüşlərdə çox səmimi olması, hətta tərcüməçiyə ehtiyac qalmadığı halda bir-birləriylə rahat ünsiyyət qurmaqları Azərbaycan və Özbəkistan dövlətlərinin arasında tarixi irsin olması və qardaşlıq əlaqələrinin möhkəmliyindən xəbər verir. Və cənab prezidentimizin dediyi kimi, Şafkat Mirziyoyevin prezident seçildikdən sonra ilk Azərbaycana səfər etməsi bunun bariz nümunəsidir. Qardaş Özbəkistan dövləti ilə energetika və bir sıra sahələr üzrə sıx əlaqələr qurulmuş və bu əlaqələr olduqca inkişaf etməkdədir. İndiki dövrdə Azərbaycan və Özbəkistan dövlətlərinin bu qədər yaxın münasibətdə olması həm Türk birliyinin güclənməsinə, həmçinin digər Türk dövlətlərinində yaxınlıq etməsinə bir stimuldur. Biz də Türk gəncliyi olaraq, hər zaman Turan birliyi üçün çalışacağıq və daima dövlətimizin qurduğu siyasəti dəstəkləyərək yolumuza davam edəcəyik.
Elgün Rüstəmli,
TAİB Gənclər Təşkilatının sədri
Oxşar Xəbərlər
- TAİB-in Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu: “Səbrimizi sınağa çəkən hərəkətlərin daha biri – Məsələ bu reaksiya ilə bitməyəcək”
- Şuşa Bəyannaməsinin İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfəsi
- Gənclərin TAİB-ə marağı artır- Daha bir gənclər təşkilatından əməkdaşlıq təklifi