COŞQUN ZƏKİNİN HƏYATINDAN SƏHİFƏLƏR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Coşqun Zəki mənim yaxın dostlarımdandı. Adətən, telefonla əlaqə saxlayırıq, çünki o,

Qarsda, Qafqaz Universitetində işləyir. Bir dəfə onunla növbəti görüşlərimin birində ağlıma

nə gəldisə məni maraqlandıran sualları dostuma ünvanladım. Maraqlı bir müsahibə alındı.

Odur ki, bunu olduğu kimi qələmə aldım.

– “Coşqun Zəki” imzası necə yaranıb? “Zəki” təxəllüsdü, yoxsa soyaddı?

– Soyaddır. Sadəcə, mən burdakı “yev”i ixtisar etmişəm. Yadımdadır, mən onda VII sinifdə oxuyurdum, bu qərara gəldim.

– Niyə?

– Maraqlı sualdır. Həmişə qatarla Naxçıvana, Ordubada gedəndə qatar Mehri ərazisindən keçəndə ermənilər qatara daş atar, söyüş söyər, acıqlı-acıqlı əllərini silkələyərdilər. Onların bizə düşmən gözü ilə baxdıqları elə burdan aydınca görünürdü. Ona görə də Sovet quruluşuna, yalançı “dostluğa” və “qardaşlığa” inanmırdım.

– Uşaqlıqda nə olmaq istəyirdin?

– Maşinist olmaq istəyirdim. Niyə? Çünki qatarla Naxçıvana gedəndə yol boyu gördü-

yüm mənzərələr məni heyrətləndirirdi. Xudafətin körpüsü, Araz çayı… Qatarın Araz boyunca

hərəkəti, qəribə tunellər, o taylı ellərimiz… Bunlar məni özünə cəlb edirdi. Təbii ki, bu, uşaqlıq

düşüncəsi idi.

– Sən Şirvan şəhərində, yəni keçmiş Əli Bayramlıda doğulmusan. Amma həmişə

Ordubaddan danışırsan. Bu nə ilə əlaqədardır?

– Düz deyirsən. Əslinə baxanda mən əslən Ordubadın Dırnıs kəndindənəm. Daha doğ-

rusu, valideynlərim, babalarım orda pərvəriş tapıblar. Sonralar valideynlərin köçüb gəliblər

Şirvan şəhərinə. Mən orda doğulmuşam.

– Səndə ərəb dilinə maraq və həvəs nə vaxt yaranıb?

– Əvvəlcə onu deyim ki, məndə hələ uşaq vaxtlarımdan poeziyaya, ədəbiyyata, mədə-

niyyətə, təbiətə, qədim abidələrə, qəbirüstü abidələrə, sənduqələrə xüsusi maraq vardı. Yadımdadır, Ordubada gedən kimi qəbirüstü abidələrə baxar, orda nə yazıldığına maraq göstərərdim. Bacım məndən on yaş böyükdü, şərqşünaslığın ərəb filologiyasını bitirmişdi. Ərəb

hərflərini ondan öyrəndim. Bu dilə maraq və həvəsi məndə bacım oyatdı.

– Deməli, bu sahədə təhsil almağa qərar verdin.

– Bəli, 1992-ci ildə Bakı Dövət Universitetinin ilahiyyat fakültəsinə qəbul olundum. Bir

il İzmirdə, dörd il Bakıda təhsil aldım. Ali məktəbi yaxşı qiymətlərlə başa vurub Şərşünaslıq

İnstitutunun ərəb filologiyasının aspiranturasına qəbul olundum. On iki il burada işlədim.

Yəni kiçik elmi işçilikdən fəlsəfə doktoruna kimi bir yolu qət etdim. Elmi dərəcə alandan

sonra digər iki ali məktəbdə də çalışırdım. Sonra Türkiyədən dəvət gəldi. Başladım Qafqaz

Universitetində işləməyə. Burada ərəb dili, bəlağət, klassik ərəb ədəbiyyatı, müasir ərəb dili

və digər istiqamətlərdə fəaliyyət göstərirəm. Təbii ki, tərcümə ilə də məşğul oluram. Burada

ərəb dilindən türk dilinə, eyni zamanda ana dilimizə… Onu da qeyd edim ki, ana dilimizlə

Tükiyə türkcəsi arasında fərqlər az deyil.

– Yəqin ki, bu müddət ərzində xeyli elmi məqaləniz işıq görüb. Bu barədə də bir

neçə söz deyərsinizmi?

– Hə, indiyə qədər on beş məqalə dərc etdirmişəm, tərcümələrim də var.

– Ərəb dilinin faydası nədir? Bu dili bilmək sənə nə qazandırıb?

– Ərəb dili çox zəngin dildi. İslam aləminə bələd olmaq, Quran, bəlağət, isami dəyərlər,
hər birimizə laızm olan digər cəhətlər bu dilə bələdçilikdə axtarılır. Məsələn, iztirab. Bu söz
ərəb dilindən keçmə sözdü. Əslinə bu, “vurulmaq” anlamındadır. “Ehtriam” da maraqlı sözlərdəndi. Ərəb dilində “haram”dan yaranmadır. Haram məncə də onun ətrafında söyüş söymək, küfr etmək, hay-küy salmaq haram olduğundan qaynaqlanır. Adam bir mötəbər şəxsə
layiq bilmədiklərini haram hesab edir. Təbii ki, ayrı-ayrı sözlərin (ərəb dilində işlətdiyimiz
sözləri nəzərdə tuturam) anlamını, mənasını bilmək mənə bir ayrı ləzzət eləyir.
– Ərəb dilini mükəmməl öyrənmisənmi?
– Ərəb dili dediyim kimi, zəngin dildi. Onu ucu-bucağı görünməyən ümmana bənzətmək olar. İndi bilmirəm bu ümmandan nə qədər götürə bilmişəm.
– İşlədiyin məqalələrdən hansıları yaddaqalandır?
– Şeyx Şərabi ilə bağlı məqaləm, bir də “Ərəb dilində şəxs adları”…
– Qarsa gələndə ilk ağlına gələn nə oldu? Kimi ziyarət etmək istədin?
– Harakani həzrətlərini ziyarət etmək istəyirdim, amma onun türbəsinin harda olduğunu
bilmirdim. Odur ki, yolda bir cavan oğlana rast gələndə soruşdum:
– Harakani həzrətlərinin türbəsinə necə getmək olar?
O, məncə maraqlı cavab verdi:
– Abi, burda bu küçə ilə düz get. Harakani cənabları kəndi səni çağırır.
– Ərəb dilinə vaqif olmaq sənə daha nə qazandırıb?
– Klassik poeziyamıza daha dərindən nüfuz etmək imkanını… Nəsimi, M.Füzuli, Seyid
Əzim Şirvani, Məhəmməd Hadi və digər böyük şairlərimizin ədəbi irsində ərəb-fars sözləri,
ifadələr az deyil. Bunları açmaq, anlamaq üçün ərəb dili bir növ açar rolunu oynayır.
Beləcə Coşqun Zəki ilə bu görüşümüzdəki bu müsahibəni olduğu kimi yazıya aldım.
Zənn edirəm ki, oxucular, mütəxəssislər, maraqlananlardan ötrü əhəmiyyətli olacaqdır. Həm
də Coşqun Zəki kimi bir elm adamının, Azərbaycan aliminin həyatından bəzi səhifələri və-
rəqlədik. Ona can sağlığı, uzun ömür, işlərində uğurlar arzulayıram.
Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR