Misirdə Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Ərəb xəttatları arasında müsabiqə keçirilib
Misir-Azərbaycan Dostluq Cəmiyyəti, Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirir. Bu ilin May ayında elan edilmiş Ərəb xəttatları arasında müsabiqənin nəticələri açıqlanıb. Cəmiyyət tərəfindən müsabiqədə iştirak edənlərin mükafatlandırma tədbiri təşkil olunmuşdur.
Tədbirdə çıxış edən cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür və “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir. Xəttatlar arasında keçirilən müsabiqənin də bu tədbirlər silsiləsindən biri olduğunu qeyd etmişdir. Çıxışında Ulu Öndərin həyatından bəhs edən S.Nəsirov, ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayıb. O bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmasına sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə Prezident seçilən Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.
Xəttatlar arasında keçirilən müsabiqənin mətni, Ulu Öndərin müdrik kəlamı, “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir”, Ərəb dilindəki tərcüməsi və Məşhur şair əl-Buhturinin Azərbaycan xalqını mədh edən şeiri olmuşdur. O, şeirin tərcüməsini sizə təqdim edirik.
Ey gizli və aşkar gözəl əməllərə,
Sahib olan Azərbaycan xalqı.
Sizin nə bir qələbəniz məzəmmət edilər,
Nə də ki, bir yaxşılığınız pisliyə qarışar.
Vəfalılıq ayrı-ayrı və bir yerdə,
Sizin dillərinizdə və qəlblərinizdə yer tutmuşdur.
Sizin ulduzunuz düşmənlər istəməsələr də ucalır,
Mehiniz artaraq güclü külək olur.
Qeyd edək ki, müsabiqənin iştirakçılarına diplomlomlar təqdim edilmişdir və 6 qalibə pul mükafatı da təqdim olunmuşdur. Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən, Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunmuş müsabiqlərin 5 qalibi Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycana səfəri nəzərdə tutulur.