Ana dilimizin qorunması üçün milli vəzifəmiz  

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyevin imzaladığı bir sıra fərmlanar bir daha göstərir ki, dövlət tərəfindən dilmizin saflığının qorunması istiqamətində konstruktiv qərarlar qəbul edilib

 

Dil bizim milli varlığımızı, milli ruhunuzu müəyyən edən əsas faktodır. Azərbaycan dili zamanın çətin sinaqlarından çıxaraq bu günümüzə gəlib çıxıb. Müxtəlif ictimai-siyasi fomasiyalarda xalqımız öz dilini göz bəbəyi kimi qoruya bilmişdir. Əlbəttə ki, ən mühüm məsələ dövrüdən asılı olmayaraq Azərbaycan dilinin dövlət dili statusu almasıdır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olub. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Sovet sisteminin qadağalarının hökm sürdüyü dönənmlərdə belə bir təklifin verilməsi böyük cəsarət tələb edirdi. Ulu Öndər bu təklifi ilə Azərbaycan dilinin dövlət dili olması məsələni hələ o çətin zamanlarda təsdiqlətmişdir. Ümummilli lider istər sovet dönəmində, istərsə də müstəqillik illərində dil mələsinə həssas yanaşmışdır. Mütəmadi olaraq çıxışlarında dilimiz haqqında qürurla danışır, xalqımızda dilə sevgi aşılayırdı. Məsələn, Ulu Öndər Heydər Əliyev 21 noyabr 1998-ci ildə Respublika sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda demişdir: “Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır”. Bu çıxışdan Ulu Öndərin dilimizə verdiyi dəyəri bir daha aydın görmək olur. Dahi lider xalqımızla fəxr etdiyi kimi, dilimizlə də fəxr edib və Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi istiamətində də bir sıra fərmanlara imza atmışdır. Elə məhz Ulu Öndər Heydər Əliyev 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanını imzalamışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

Hazırda Azərbaycan ədəbi dilindən istifadə qaydalarında pozulmalar müşahidə olunur. Azərbaycan cəmiyyətin ictimai baxımdan əhəmiyyətli olan böyük bir hissəsində mütəmadi olaraq bu hal baş verir. Azərbaycan dilinin normaları barədə məlumatı olan hər kəs bunu görə bilər. Buna görə də Azərbaycan ədəbi dilindən istifadə qaydalarına, dilimizn saflığının qorunmasına diqqət edilməlidir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Bu Dövlət Proqramı yuxarıda qeyd etdiyimiz halların qarşısının alınması baxımdan böyük əhəmiyyət kəsb edir. Dilin milli dəyər kimi kiçildilməsinə imkan verilməməlidir. Onun dövlət dili statusu hər zaman qorunmalıdır. Həmçinin Azərbaycan vətəndaşının öz dilində sərbəst danışmaq hüququnun pozulması halllarınıa yol verilməməlidir. Bu məsələyə yerində və fərdi olaraq münasibət bildirmək kifayət etmir. Bu müstəvidə təkcə ictimai qınaq çıxış yolu deyil. Dilin  saflığının  və onun dövlət dili  statusunun  qorunması üçün Prezident İlham Əliyevin imzaladığı bir sıra fərmlanar bir daha göstərir ki, dövlət tərəfindən bu istiqamətdə konstruktiv qərarlar qəbul edilib. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dilinin qorunması hər kəsin borcudur: “Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və Azəraycan dili günü kimi qeyd olunur”. Sevindirici haldır ki, vətəndaş cəmiyyətinin də milli-mənəvi dəyərlərə, eləcə də dil məsələsinə xüsusi diqqəti var. Dilimizin qorunması, təbliğ olunması, sevdirilməsi, zənginləşdirilməsi yaşından, məkanından, sosial mənsubiyyətindən asılı olmadan cəmiyyətin hər bir nümayəndəsinin ən müqəddəs borcudur. Mədəni irsin təməl sütunlarından olan, insanın milli-mədəni mənsubiyyətini və mənəviyyatını müəyyən edən əsasların ən vacibi olan dil amilinin xaricdə yaşayan azərbaycanlıların və böyüyən gələcək nəslin həyatında böyük əhəmiyyəti var. Ana dilimizi qorumaq harada yaşamağından asılı olmayaraq hər bir azərbaycanlının üzərinə düşən milli vəzifədir.

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR