“…Erməni cinayətkarlarının həbsi başlayacaq” – Elnur Eltürk 

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Güclü Azərbaycan, güclü dövlət!
 
Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb.
Qeyd edək ki, Vaqif Xaçaturyan erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib azərbaycanlı milliyyətindən olan 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.
Məsələni “Sherg.az”a dəyərləndirən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, ermənilər həyatlarının şokunu yaşamaqda davam edirlər:
“Ağıllarına gəlməzdi ki, bir vaxtlar işğal etdikləri Qarabağda elə bir gün gələcək ki, Azərbaycan dövləti erməni cinayətkarlarını həbs etməyə başlayacaq. Güclü Azərbaycan, güclü dövlət deməkdir. Ermənilər özlərindən çox razı idilər. Hətta bir vaxtlar sosial şəbəkələrdə Qarabağı işğal etmələri ilə öyünürdülər. Şəkillər çəkdirib bizə acıq verirdilər. İndi isə rəzil duruma düşüblər. Prezident İlham Əliyevin “dəmir yumruq” siyasəti təkcə, bizə Qarabağı qaytarmadı, həm də ermənilərin tarixən özlərindən razı ideologiyasını darmadağın etdi.  Allah şəhidərimizə rəhmət eləsin. Qazilərimizə şəfalar arzulayıram. Onlar alnımızda olan ləkəni təmizlədilər”.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR