ÖZ SƏNƏTİNƏ BAĞLI XANIM

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Zənnimcə, dünyada iki unudulmaz anlar, adama riqqətə gətirən düşüncələr var. Bunun biri uşaqlıq xatirələri, digəri tələbəlik illəridir. Adam yaşlansa da, çox olay və hadisə-

ləri unutsa da, amma bu iki xatırlamalar, düşüncələr unudulmur. Sözüm onda yox, mən

hərdən bir tələbə yoldaşlarımdan kimi görsəm sevinirəm. Dərhal xatirələr məni neçə illər

bundan əvvəllərə – o gözəl gənclik illərinə aparır.

Bu yaxınlarda tələbə yoldaşım İsmayıl Tanrıverdi ilə rastalaşdım. Xeyli söhbət etdik, bir-birimizdən hal-əhval tutduq. Dostum dedi:

– Sən həmişə mədəniyyətlə, etnoqrafiya və folklorla maraqlanırsan. Əslən Ağbabadan olan bir xanım da var, Səhər xanım, milli paltarlar tikir, əlləri qızıldı. Bu barədə mə-

lumatın varmı? “Laçın” ticarət mərkəzində dükanı, yeri var.

Tələbə dostumun bu məlumatından sonra onun dediyi ünvana getdim. Səhər xanım

məni gülər üzlə qarşıladı. Baxdım otaqda çox sayda milli qadın paltarları, eləcə də uşaq

geyimləri var. Hamısı da bir-birindən gözəl.

– Səhər xanım, hiss olunur ki, bu işdə çox təcrübəlisiniz. Bu barədə nə deyə bilərsiniz?

Müsahibim gülümsündü, otaqdakı milli geyimləri göstərdi:

– Elədir, mən bu işə 80-ci illərdən başlayıb gəlmişəm. Yəni aradan neçə illər keçib.

Məsləhətdirsə bir az ətraflı danışaram.

– Buyurun, buyurun.

Səhər xanım bir anlığa söhbətinə ara verdi, sonra aramla danışmağa başladı:

– Mən Amasiya rayonunun Quzukənd kəndində, müəllim ailəsində doğulmuşam.

Ailədə yeddi uşaq idik. Məndə anadan olanda ürək qüsuru olub, amma atam da, anam da

bunu mənə uzun müddət bildirmədilər. Ailə qurdum, iki övladım oldu. Bir oğlan, bir qız.

Qismətimiz gətirdi. Həyat yoldaşımın əmisi Cabbar əmiyə Bakı şəhərində ikiotaqlı mənzil verdilər. O da bu mənzili bizə hədiyyə elədi. Beləcə Azərbaycana, Bakıya gəldik.

Burada üçüncü övladım dünyaya gəldi. Bundan sonra mən yerdə qaldım, həkimlər dərdimə çarə tapa bilmədilər. 9 ay keçəndən sonra 5 saylı xəstəxanada kardioloq Gülməmməd

Hacıyev məni yoxlayan kimi dedi:

– Ürəyində qüsur var, təcili əməliyyat olunmalısan.

Amma çətinlik çətinliyin üstə gəldi. Həkimlər elə qiymət dedilər ki, qaldıq belə…

Bu qədər pul bizdə yoxdu. Atam işi belə görüb dedi:

– Gürcüstana gedək, orda daha ucuz əməliyyat edirlər.

Getdik. Doğrudan da, atamın dediyi doğru oldu.Münasib qiymətə əməliyyat edib

sağlamlığıma da təminat verdilər. Əməliyyat olub evə qayıtdım. Amma ailəmizdə maddi

çətinlik hiss olunurdu. Həyat yoldaşım 110-120 manat maaş alırdı. Beş nəfərlik ailəni bu

pulla dolandırmaq çətindi. Yadımdadır, Allaha çox dua etdim. Həmişə namaz qılır, oruc

tuturdum. Əllərimi göyə qaldırıb deyirdim:

– Allahım, sən böyüksən. Böyüklüyün xatirinə bizim ailəyə kömək elə, mənə bir yol

göstər.

Maraqlıdır, bir dəfə qəribə bir yuxu gördüm. Gördüm dünya dağılır. Torpaq su kimi

axıb aşağı tökülür, adamlar da üstündə… Amma bundan xeyli aralıda təxminən uzunluğu

10, eni on metr olan bir yerdə, nisbətən hündür yerdə qara əmmaməli, qara paltarlı bir ki-

şi dayanıb. O, əli ilə mənə işarə etdi:

– Gəl buraya.

Mən birtəhər, ölüm-zülüm həmin yerə çıxan kimi baxdım oğlum da yanımdadır.

Onun da əlindən tutdum.

Həmin kişi mənə sol tərəfdəki lampanı göstərdi:

– Götür onu əlinə, sən adamlara xeyir verəcəksən.

Deyiləni yerinə yetirdim. Baxdım boyum getdikcə uzanmağa başladı. Uzanıb-uzanıb az qala 2,5 metr oldu. Baxdım milli paltardayam. Yuxudan qəflətən ayıldım.

Qızımın geyinməyə paltarı yoxdu. Odur ki, gedib bir az parça aldım. Onu necə bi-

çib, tikdim – xatırlamıram. Sanki kimsə mənim əlimdən tutub yol göstərirdi. İşi bitirəndən sonra sanki yuxudan ayıldım, baxdım əl işim yaxşı alınıb. Hamı mənim tikdiyim şalvara maraq göstərib heyran qaldı.

Evdə pul azdı, 3-4 manat olardı, bacımın da vəziyyəti yaxşı deyildi. Evdə dörd uşa-

ğı vardı, işləyən də yoxdu. Ağlıma nə gəldisə bacıma dedim:

– Sən dərziliyi bitirmisən. Gəl gedib bir az parça alaq. Ondan şalvar tikib sataq. Bəlkə bəxtimiz gətirdi.

Bacım razı oldu. Gəldik bazara. Bir parça satana yaxınlaşdıq. Dedim:

– Bizə 0,7 metr, ya da 1,5 metr parça ver.

Dedi:

– Gəlin sizə bax bu topun qalan hissəsini verim.

– Axı bizim o qədər pulumuz yoxdu.

– Eybi yox, tikib satar, sonra pulunu ödəyərsiniz.

Razılaşdım. Düşündüm ki, hə, deməli, burda bir hikmət var. Görünür, bu da gördü-

yüm möcüzəli yuxunun davamıdır. Bəli, parçanı götürüb gəldik. Əvvəlcə bundan cəmi

bir neçə şalvar ölçüb-biçib tikdik. Baxdıq şalvarları aldılar. Beləcə işə davam etdik. Amma bu şəriklik bizə uğur gətirmədiyindən ayrıldıq. Mən gecələr uşaq paltarı tikir, səhərlər

onu bir neçə yerdə satırdım. Yavaş-yavaş tanınmağa başladım. Yeni-yeni modellər, ideyalar ağlıma gəldi. Şəraitimiz düzəldiyindən ikiotaqlı evimi üçotaqlıya dəyişdirdim.

– Yenə çətinlikləriniz olubmu?

– Olub. Atalarımız yaxşı deyiblər: “Xeyirlə şər qardaşdır”. 2007-ci ildə maşın qəzasında həyat yoldaşımı itirdim. Uşaqlarım balaca idi… Ağır vəziyyətdə qaldım, yenə Allaha üz tutdum, ondan imdad və kömək istədim… Allah məni darda qoymadı.

– “Sədərək” ticarət mərkəzində işlədinmi? Adətən, ticarətlə məşğul olanlar ora

da üz tuturlar.

– Bir gün “Sədərək” ticarət mərkəzinə getdim. Orda rəhbərliyə müraciət etdim. Çox

yaxşı adamdı, məni hörmətlə qəbul etdi, dedim:

– Mən ikinci qrup əliləm, ürəyimdən əməliyyat olunmuşam. Mənə burada bir

kvadrat metr yer verəsiniz… Tikdiklərimi burda satam… Mən nisbətən ucuz qiymətə yer

istəyirəm.

Sağ olsun, yaxşı insandı, məndən yer haqqı da almadı, yer verdi. Adını unutmuşam,

amma onun yaxşılığını unutmamışam.

Bəli, yavaş-yavaş püxtələşdim, uşaq paltarlarından qadın paltarlarına keçdim, gəlinliklərə də meyl etdim. Mənim elədiyim naxışlar, tikişlər, ornamentlər hər kəsi maraqlandırmağa başladı. Usta dərzi, milli geyim ustası kimi tanınmağa başladım. Əvvəlcə “Xalqlar dostluğu” ticarət mərkəzində, daha sonra “Laçın” ticarət mərkəzində yer götürdüm,

dükan açdım, bir neçə dərzini də bu işə cəlb etdim. Baxdım gəlinliklər üçün lazım olan

parça burda yoxdu, Türkiyədədir. Odur ki, atamın dostu Yusif abi ilə əlaqə saxlayıb, mənə

lazım olan parçanı əldə edib işimə davam etdim.

– Bu işi təsadüfmü sayırsınız, Səhər xanım?

– Yox, Allahın mənə bəxş etdiyi bir sənətdir. Bunu mənim dürüstlüyümə, halallığıma, səbirli olmağıma, ibadətimə, dualarıma görə mənə verib. Çünki mən heç vaxt harama meyl etməmiş, çox çətinliyə düşsəm də düz yoldan çəkilməmişəm.

Hansısa müştəri ilə mübahisə etməyim yadıma gəlmir.

– Bunu bir az da ətraflı qeyd edərsinizmi?

– Yəni müştəri dükana gəlib geyimlərdən birini bəyənirsə, o, mənim göstərdiyim

pulu verə bilmirsə, güzəştə gedirəm. Bəzən də elə olur geyimi verir, pulumu xeyli sonra

alıram. Axı mən də çətinliyi çox görmüşəm. Bu vaxt istər-istəməz özümün çətin günləri

gəlib gözlərimin önündə dayanır. Adam gərək keçmişini unutmasın. Mənim həyat yolum

enişli-yoxuşlu olub… Amma Allahın böyüklüyü sayəsində bu yolun işıqlı gələcək olduğunu anlamışam. İşimin də şərəfli bir iş olduğunu bilirəm… Millli düşüncə, adət-ənənə, milli ruh məni öz sənətimə möhkəm tellərlə bağlayıb. Öz işimlə fəxr edir, bu sənəti gənclərə

də sevdirməyə çalışıram. Bəli, enişli-yoxuşlu həyat yolumun sonu işıqlıdır.

Bu müsahibəni olduğu kimi yazdım.

Tacir SƏMİMİ,

filologiya üzrə fəlsəfə doktoru, dosent 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR