KƏRİM MÜƏLLİMİN KÖNÜL DƏFTƏRİNDƏN

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Şıxəli müəllim mənim tələbə yoldaşımdı. Əslən Cəlilabaddandı. Tale elə gətidi ki,

39 ildən sonra onu görmək mənə nəsib oldu. Sakit, təmkinli, olduqca nəzakətli, utancaq

olan bu tələbə yoldaşım indi artıq babadır, təqaüd alır. Həmişə olmasa da arada bir zəngləşir, bir-birimizdən hal-əhval tuturuq. Belə görüşlərimizin birində tələbə dostum dedi:

– Getmişdim Kərim müəllimin yanına. Gözəlov Kərim Balaxan oğlunu deyirəm.

Kərim müəllim mənim də müəllimim olub. İndi yaşı səksəni keçib, sinif müəllimi kimi

şərəfli müəllim ömrü yaşayıb. O, bizə halallığı, əxlaqı, mədəniyyəti, insanlığa uyğun nə

qədər yaxşı cəhətlər varsa onları anladıb, müəllim peşəsinin şərəfli və gərəkli olduğunu

deyib. Mən də onun bu gözəl düşüncələrindən könlümü müəllimliyə bağlamışam.

Beləcə Kərim müəllimi tanıdım. Bir dəfə də Şıxəli müəllimin vasitəsi ilə Kərim

müəllimlə telefon əlaqəsi saxladım. Bu dünya görmüş, təcrübəli müəllimin dünyagörüşü-

nə, həyat yoluna az-çox bələd oldum. Bu cəfakeş müəllimin həyat yolu çətin, amma şə-

rəfli olub – bunu onun söhbətindən anladım.

– Yəqin sizi keçmiş şagirdləriniz unutmurlar, tez-tez ziyarətinizə gəlirlər, eləmi?

– Hə, elədir. Belələrindən biri də Şıxəli müəllimdi. Mənim həyat yolum çox hamar

olmayıb. Bir də həyat insanın öz əlində olmur ki. Sevimli şairimiz Səməd Vurğun yaxşı

deyib:

Əldən ələ keçir vəfasız həyat.

Taleni yazan bilir, yazıya pozu yoxdu. Mənim də uşaqlığım ağır keçib. Hələ uşaq

vaxtlarımdan anamı itirmişəm, ana nəvazişinə həsrət qalmışam. Beşinci sinifdə oxuyanda

atam da həyata vida eləyib.

Müsahibim söhbətinə ara verdi, sonra dərindən bir ah çəkib söhbətinə davam etdi:

– O vaxtlar orta təhsil almaq da asan deyildi.

Yadımdadır, mən Cəlilabadın Cəfərli kəndində cəmi dörd il oxudum, çünki burada

ibtidai məktəb vardı. Təhsilimi davam etdirmək üçün qonşu kəndə – Məlikqasıma getmə-

li oldum. Amma bizim kəndlə bu kəndin arası nə az, nə çox, düz 12 km idi. Bunu da hər

gün piyada gedib-gəlirdim. Burada məktəb yeddiillikdi. Buna görə də təhsilimi davam

etdirmək üçün Xanəgah kəndinə getməli oldum. Çünki orada onillik məktəb vardı.

– Müəllim, siz xatırladınız ki, atanız da vəfat etmişdi. Bəs sizə kim qayğı göstə-

rirdi?

– Böyük qardaşım. O, mənə qardaş yox, həm də atalıq eləyirdi. Olduqca xeyirxah

və diqqətcil adamdı. Onun sayəsində həyatda qaldım, təhsil aldım. Mənim marağım rəssamlığa idi, amma gözlərimdə xəstəlik vardı deyə qardaşım buna icazə vermədi.

– O vaxtlar yəqin ki, siz də hardasa bir iş tapıb işləyirdiniz. Çünki 60-cı illər elə

də firavanlıq vaxtları deyildi.

– Hə, 1963-1964-cü illərdə neft mədənində işləməyə getdim. Ustam Məlik adlı olduqca insaflı bir kişi idi, əslən Qobudandı. 60 yaşlı bu kişinin geniş ürəyi vardı. Mənim

 

oxumağa maraqlı olduğumu görüb hər gün iki saat mənə instituta hazırlaşmağıma imkan
yaratmışdı.
– Bu, sizin tələbə olmağınıza imkan verdimi?
– Bəli, 1964cü ildə Gəncədə H.Zərdabi adına ali məktəbə qəbul olunub, oranı 1969-
cu ildə bitirdim. Bundan sonra ibtidai sinif müəllimi işləməyə başladım. Əvvəlcə Cəfərlidə, sonra Edisədə müəllim işlədim. Yadımdadır, Cəfərlidə məktəb direktoru da oldum.
Elə burdan da yenə müəllimliyimə davam edib təqaüdə çıxdım.
– Maraqlıdır, orta məktəb illəriniz həm çətin, həm də maraqlı olaylarla keçib –
sizin söhbətinizdən mən bu qənaətə gəldim. Bunlardan yadınızda qalan önəmli hadisə nədir?
– Yadımdadır, Məlikqasım kəndinə oxumağa gedirdim. Bir qış günü idi, yerdə də
qar vardı, hava soyuqdu. Birtəhər gəlib məktəbə çatdım, amma dərsin vaxtından on dəqiqə keçmişdi. Yəni mən dərsə on dəqiqə gecikmişdim. Müəllim bunu mənə xatırladıb üzü-
mə bir sillə vurdu. Bu, məni çox incitdi, ağlamağa başladım:
– Qışın günü soyuqda məktəbə, dərsə gəl, özü də bu on kilometr yolu piyada…
Ayaqlarını don vursun, üstəlik, səni şapalaqlasınlar da!.. Belə iş olmaz axı.
Bu sözləri eşidəndə müəllim də məni vurmağına peşman olsa da dedi:
– Qoy bu şapalaq yadında qalsın, bir də dərsə gecikmə. Unutma, sən gələcəkdə bir
tanınmış müəllim olacaqsan. Müəllim də ilk növbədə nizam-intizama əməl etməlidir, bala. Mənim bu sözlərimi unutma – yadında saxla. Allah rəhmət eləsin müəllimimə. Onun
dedikləri gerçək oldu – müəllimliyə könül verdim.
– Yəqin ki, Cəlilabadda tanınmış, qocaman müəllimlərdən biri kimi fəxri adlar,
eləcə də el-oba arasında hörmət sahibisiniz.
– Hə, elədir. Rayonun maaarif şöbəsinin Fəxri fərmanını, metodist müəllim və Qabaqcıl maarif xadimi fəxri adlarını almışam. Şagirdlərim müxtəlif ali məktəbləri bitiriblər. Məni yada salıb yanıma gələnlər də az olmur.
– Mənə elə gəlir ki, siz təbiətə də vurğunsunuz. Digər tərəfdən işgüzar adamsınız. Bu haqda nə deyə bilərsiniz. İşgüzar adam boş dayan bilməz axı.
Müsahibim gülümsündü:
– Düz deyirsiniz, müəllim. Mən həyətdə işləməsəm, güllərə, çiçəklərə, ağaclara baş
çəkməsəm rahat ola bilmərəm. Peyvənd, calaq etmək, ləkləri sulamaq, budama işi eləmək
heç vaxt yadımdam çıxmır. Bu işlər mənə zövq verir, məni həyata bağlayır deyə heç vaxt
bu işlərdən yorğunluq hiss etmirəm. Çünki həyətdəki yaşıllıq, ağaclar, güllər təbiətin bir
hissəsi olub, insana zövq verən və onun könlünü oxşayan bir vasitədir.
Beləcə Kərim müəllimin könül dəftərini vərəqləyib yadımda-yaddaşımda qalanları
yazdım.

Tacir SƏMİMİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR