" />

İsrailin Kiryat Yam şəhərində fəaliyyət göstərən İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində “Ana dili – Azərbaycan məktəbi” adlı tədbir keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

İyulun 18 də İsrailin Kiryat Yam şəhərində Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində məhz Mərkəzin Drektoru Ben Sion Şmoelovun rəhbərliyi və təşəbbüskarlığı ilə “Ana dili – Azərbaycan məktəbi” layihəsi ilə əlaqədar olaraq tədbir keçirilib. Bu barədə İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin məlumatında bildirilir ki‚ tədbirdə mərkəzin kollektivi də iştirak etmişdir. Tədbir çox maraqlı və yaddaqalan oldu. Tədbiri maraqlı edən əsas məsələ təzə Azərbaycan dili əlifbası haqqında danışılmasıdır. Bir çox insan bu hərfləri oxuya bilmirlər. Biz onlara yeni əlifba barədə məlumat verdik.

Diasporla İş üzrə Dövlət Komitəsinin nəşr etdirdiyi “Azərbaycan dili” dərsliyi tədbir iştirakçılarına təqdim edildi.

 

“Azərbaycan dili” dərsliyi ilə tanış olan tədbir iştirakçıları bu dərslik əsasında Azərbaycan dilinin İsraildə təbliğ olunması istiqamətində fəaliyyət göstərəcəklərini bildirdilər

 

Tədbir iştirakçıları hamılıqla‚ Bakıdan gətirdiyimiz qəzetləri də həvəslə oxudular. Bakıdan İsrailə gətirdiyimiz qəzet və kitablar hər kəsə çox maraqlı oldu. Tədbir zamanı süfrəmizi Azərbaycan və İsrail bayraqları‚ həmçinin Azərbaycanın milli mətbəxinə aid olan şəkər buralar, paxlavalar bəzəyirdi. Çalışdıq ki‚ Azərbaycanın milli mətbəxindən tutmuş‚ məhz tarixin dərinliyindən süzülüb gələn bütün milli adət ənənələrini‚ milli Folklorunu‚ Ədəbiyyatını‚ Azərbaycan dilinin zənginliyini və əsrarəngizliyini‚ Azərbaycan xalqının və dövlətinin tolerantlığını‚ mehriban simasını‚ dostluq və qardaşlığını‚ Azərbaycandakı ta qədimdən bu günümüzə qədər inkişaf edən ali dəyərləri səsləndirməyə və təbliğ etməyə çalışdıq. Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin Direktoru Ben Sion Şmoelov bildirdi ki‚ Azərbaycan xalqı ilə Yəhudi xalqı millillərdir ki‚ dost və qardaş xalqdır. Azərbaycan xalqı ilə Yəhudi xalqı hər zaman dostluq və qardaşlıq şəraitində mehriban yaşayıblar. Azərbaycanda yüksək tolerantlıq və mehriban yaşam ənənəsi var. Multikultural və tolerant dəyərlər Azərbaycan xalqının ta qədim dövlərdən üzübəri gələn və qədimdən bu günümüzə qədər mövcud olmuş və bu gün isə Azərbaycan dövlətinin rəsmi dövlət siyasətidir. Azərbaycan xalqının ümummilli lideri‚ müasir Azərbaycan dövlətinin qurucusu‚ dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdikdən sonra bu ali dəyərlər daha da inkişaf etdirilərək rəsmi dövlət siyasətinə çevrilmiş və bu gün bu ali dəyərlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək şəkildə davam etdirilir. Xüsusən Yəhudilərə Azərbaycanda hər zaman böyük hörmət göstərilib. Biz Yəhudilər hər zaman Azərbaycanı özümüzə öz doğma ana vətənimiz hesab edirik. Bizə hər zaman Azərbaycanda Azərbaycan dövləti və Azərbaycan xalqı tərəfindən yüksək mehribanlıq və doğmalıq göstərilib. Azərbaycan dünyada ən nümunəvi ölkələrdəndir.

Həmçinin Azərbaycan Mədəniyyəti‚ Tarixi‚ Ədəbiyyatı‚ Milli Folkloru‚ Dili‚ adət ənənələri və yaşam tərzi çox zəngin və ecazkardır. Azərbaycandan xaricə və İsrailə köçən hər bir Yəhudi Azərbaycanı çox sevir.

 

Tədbirdə iştiral edən hər kəs Azərbaycanın milli adət-ənənələrindən‚ tolerant dəyərlərindən geniş nitq söylədilər.

Qeyd edil ki‚ bizlər Azərbaycandan hər nə qədər uzaqda olsaq da, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan dilinə, Azərbaycanın milli adət-ənənələrinə məhəbbətimiz hər zaman sonsuzdur. Biz 30-40 ildən artıq vaxtdır İsraildə yaşasaq da‚ Azərbaycan dilini hələ də öz ana dilimiz hesab edirik.

 

Tədbirdə Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Ben Sion Şmoelovun təqdim etdiyi sənədlər arasında Mirzə Xəzərin 35 il əvvəl yazmış olduğu və bu günə qədər Ben Sion Şmoelovun indiyə qədər şəxsi arxivində saxlanılmış Mirzə Xəzərin məhz Azərbaycan dilinə aid məktubu da var idi.

 

Bütün tədbir iştirakçıları doğma Azərbaycana xeyir-dualar və əmin-amanlıq arzu edərək hər zaman Azərbaycan xalqının və dövlətinin yanında olacaqlarını‚ Azərbaycanın milli maraqlarının qorunmasında hər zaman öz dəstəyini əsirgəməyəcəyini‚ hər zaman doğma Azərbaycan dövləti və xalqı ilə birlikdə olacaqlarını vurğuladılar. Azərbaycan dövləti və xalqı İsrailin ən dostu və müttəfiqidir. Azərbaycan dövləti ilə İsrail dövləti arasındakı dostluq və qardaşlıq əlaqələrinin‚ tərəfdaşlıq və müttəfiqliyin daha da möhkənməli olduğu bütün tədbir iştirakçıları tərəfindən yekdilliklə qeyd edildi.

 

Əlavə edək ki‚ Azərbaycan Respublikasının İsrail dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Muxtar Məmmədov İyunun 14-də İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin qonağı olmuş və hörmətli Səfirə burada görülən işlər barədə geniş məlumat verilmişdir. Mərkəzdəki Azərbaycan guşəsində Azərbaycanla bağlı mütamadi keçirilən tədbirlər və Azərbaycan həqiqətlərinin İsrail və dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən geniş əməli işlər səfir Muxtar Məmmədovun diqqətinə çatdırılmışdır. İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində Azərbaycanla bağlı böyük guşə mövcuddur. Ben Sion Şmoelovun rəhbərliyi ilə burada Azərbaycan həqiqətləri və Azərbaycanın Milli maraqları təbliğ olunur və dünyaya çatdırılır.

 

 

İsraildəki “Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi”nin Mətbuat xidməti

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR