Tacir Səmimi:”TEYFƏ XANIMIN XATİRƏLƏRİ”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Teyfə xanım əslən Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndindəndir. Bu xanım olduqca mehriban və yurdcanlıdır. Sözdə-söhbətdə həmişə Ağbaba-

Şörəyeli, Qaraçanta kəndini yadına salır:

– Kəndimizi unuda bilmirəm. Yuxularımda da görürəm…

– Kənddəki hansı adətlər yadına gəlir?

Mənim qəfil sualım müsahibimi çaşdırmır, güıümsünüb bir anlığa uzaqlara

baxandan sonra deyir:

– Böyük, kiçik məsələsi… Qardaşlar, gəlinlər, eltilər arasındakı bir-birini anlamaq… Mehriban dolanmaq. Məsələn, əmim toyçu idi, yəni nağara vurandı, atam zurnaçı idi. Daha doğrusu, atam əmimdən kiçikdi. Odur ki, Yunus əmimin sözü atamdan

ötrü qanundu – o, sözdən kənara çıxmazdı. Anam da əmimlə danışmaz, həmişə onun

yanında yaşmaqlanar, işarə ilə danışardı. Axı əmim anamın ağa qaynı (böyük qayına

belə deyirdilər) idi. Onu da deyim ki, Oruc dayı ilə Səfər dayı, Koroğlu dayı ilə Rəsul

dayı, dayılarım Güləhmədlə Hacı Əhməd də belə idilər. Aralarından su keçməzdi.

Eltilər də bir-birinə qarşı mehribandı, sanki doğma bacı idilər.

– Maraqlıdır, atanla əmin el sənətkarı idilər. Bəs bunlardan hansı əvvəlcə

bu sənətə maraq göstərmişdi?

– Yunis əmim. Yaşca o atamdan böyükdü. Zurna çalmağı Məhəmməd dayıdan

öyrənmişdi.

– Həmişə Vila dayı qamış bağlamaqdan danışardı.

– Hə, elədir. Zurnaçı ilk növbədə bu qamış bağlamağı öyrənməli idi. Əlbəttə, bunun da bir üsulu vardı. Adam get-gedə püxtələşirdi.

– Deməli, atan da, əmin də toyçuluğa könül vermişdilər deyə el-obada şöhrət qazanmışdılar. Onları rayondan kənarda da xeyir işlərə dəvət edirdilər.

– Bu deyilən həqiqətdir. Çünki atam yaxşı zurnaçı idi. Bizdə belə sənətkarlara

qayda döndərən deyirlər. Əmim də olduqca yaxşı toyçu, yəni nağara vurandı. Onun

nağaranın üstündə çomağı fırlada-fırlada çalması bir ayrı tamaşa idi, arada bir də özü-

nəməxsus səslə səslənməsi də:

Ay şabaş,

Gəl yavaş-yavaş.

Əmim yeri gələndə nağaranın kəndirlərini tarımlayar, keçi dərisini aşılayıb nağaranın üzünə çəkərdi.

– Yəqin eviniz həmişə qonaq-qaralı olardı?!

– Əlbəttə, anam qonaq-qaraya qulluq etməkdən sanki həzz alardı. Bircə gün
bizdə qonaq olmaya, anamın sanki bağrı çatlayardı. Adəti idi, kim gəlib atamla əmimi
xeyir işə dəvət etsəydilər, anam bu gələnləri əməlli-başlı ağırlayardı.
– Söz ki, Gülşən xaladan düşdü. Deyirlər, çox xeyirxah, qonaqpərvər qadın olub.
Yəni bir dəfə mən də Gülşən xalanın qonağı olmuşam.
– Hə, anam olduqca səliqə-sahmanlı qadındı. Adəti idi, təndirə çörək yapanda,
yağ əridəndə… həmişə yoldan gəlib-keçənləri içəri dəvət edərdi. Bir şey yedirməmiş
yola salmazdı. Ya düyməc, ya kartof kababı, ya da bir şey yedirər, qoltuğuna da
kətədən, fətirdən verərdi. Qonşularla da çox mehribandı.
– Başqa nə iş bacarırdı?
– Yaxşı xalça toxuyandı, əl işləri yaxşı idi. Anamın bilmədiyi iş yoxdu. Evdə
bütün günü işləsə də işdən yorulub-bezməzdi. Söz düşəndə də deyərdi:
– İşləməkdən heç kəs ölməyib. Zəhmət çəkəcəksən ki, həyatın da səfasını
sürəsən.
Anamın maraqlı söhbətləri də vardı, yaddaşı yaxşı idi. Bilirsən, indi nəyə heyifsilənirəm?
– Nəyə?
– Vaxtında anamı danışdırıb böyüklərdən eşidib bildiyini yazmadığıma görə.
Anam çox şey bilirdi. Biz beləyik də… Nə qədər ki, qimətli şey əlimizdədir – qiymə-
tini bilmirik, onu itirəndə anlayırıq ki, çox dəyərli bir şey itirmişik. Hərdən öz-özümə
düşünürəm ki, bu düşüncələr niyə öncələr mənim ağlıma gəlməmişdi? Nə qədər dü-
şünsəm də, buna cavab tapa bilmirəm.
… Bəzən xəyalın qanadlarında kəndimizə gedirəm, o doğma yerlər gözüm qarşı-
sında canlanır. Qəhərlənirəm… Arada olub-keçəni danışanda bir az sakitləşir, sanki
ovunuram, təsəlli tapıram, amma…
– Amma nə?
– Amma hər vaxt bunu danışmağa münasib adam da tapmaq olmur.
– Niyə?
– Hərənin bir maraq dairəsi var. Amma məni yurd-torpaq həsrəti çəkir… Mən
orda böyüyüb boya-başa çatmışam. “Qaraçanta” sözü ürəyimin başına yazılıb. Onu
unuda bilmərəm. Qaraçanta adı gəlincə kəndimiz gəlir durur gözlərimin önündə.
… Beləcə, görüşlərin birində Teyfə xanımın xatirələri məni necə tutdusa, onun
təsiri ilə bu yazını yazdım.

Tacir SƏMİMİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR