" />

Gənclər Amerikada yaşayan dünya çempionu Elgün Xanoğlanlı ilə görüş keçiriblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Suraxanı Gənclər Evində “Ulu Öndər Heydər Əliyevin 100 illiyi” çərçivəsində, ölkəmizi xaricdə təmsil edən idmançılarımızla gənclərin görüşü baş tutub.
Görüşdə, Amerikanın azərbaycan əsilli çempionu, Amerika-Azərbaycan Gənclər və İdman assosiasiyasının sədri Elgün Xanoğlanlı, Budo döyüş növləri üzrə dünya çempionu peşəkar MMA döyüşçüsü Ruslan Tağıyev, Suraxanı Gənclər Evinin işçi kollektivi, fəal gənc, könüllüləri və idmançılar iştirak ediblər.
Görüş zamanı ölkəmizdə bədən tərbiyəsi və idman siyasətinin, habelə gənclərlə bağlı aparılan işlərin daim ön planda olmasından, bu sahədə Gənclər və İdman Nazirliyinin fəaliyyətindən danışılıb. Daha sonra idmançılarımız, dövlətimizin, ölkə başçımızın və idman nazirimizin idmançılarımıza olan diqqət qayğısından söz açıb, həyat hekayəsindən, idmana olan sevgisindən, qazandığı uğurlardan, yetişdirdiyi tələbələrdən bəhs edən qonaqlarımız eyni zamanda gənclərin suallarına cavab verib, onları idmanı sevməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırıb, görüş diskusiya şəklində davam edib.
Sonda birgə xatirə şəkilləri çəkilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR