TAİB-in GT üzvü FIC-Canada InCyber Forumunda çıxış edəcək
Azərbaycanın ilk Beynəlxalq etik xakeri olan İlkin Cavadov FIC-Canada InCyber Forum’unda çıxış edəcək
Bu tədbir 25-26 Canada’nın MontReal şəhərində baş tutacaq. Bu barədə, Fic-Canada InCyber saytında məlumat verilib. https://america.forum-fic.com/en/homepage-en/
Nəzərinizə çatdıraq ki, yeganə Etik Haker olaraq bu forumda İlkin Cavadov Azərbaycanı təmsil edir. Qeyd edək ki, İlkin Cavadov Millikart şirkətində Baş Kibertəhlükəsizlik mühəndisi olaraq çalışır. Həmçinin o Azərbaycan Texniki Universitetinin Sabah kurslarının Kibertəhlükəsizlik üzrə ixtisaslaşmış müəllimidir.
25 may 2023- cü ildən Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər təşkilatının üzvüdür. İlkin Cavadov artıq 8 ildən artıq kibertəhlükəsizlik təcrübəsinə sahibdir. Belə ki, o kariyerası boyunca bir çox tədbirlərdə ölkəmizi təmsil edib. Bunlarda biri də məhz bu ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş EMEA-nın ən böyük kibertəhlükəsizlik tədbirlərindən olan “Gisec Global 2023” tədbirində iştirak etmişdir.