TAİB-in Qadınlar Şurasının sədr müavini Sara Göyçəli macar jurnalisti Atilla Carnai ilə görüşüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in Qadınlar Şurasının sədr müavini, tanınmış şairə Sara Göyçəli Azərbaycanda səfərdə olan macar jurnalisti Atilla Carnai ilə görüşüb

Agsaqqallar.com xəbər verir ki, görüşdə təşkilatın Türk dünyası ilə bağlı gördüyü işlər haqqında genis şəkildə məlumat verib. Daha sonra Sara xanım bu yaxınlarda təqdimatı keçirilən “Türkün şanlı şəhidi” və 44 günlük Vətən müharibəsində yaralanan əsgər və hərbiçilərimizə həsr etdiyi “Qazilər”  kitabını qonağa təqdim edib.

Qeyd edək ki, macar jurnalist Attila Çarnai Azərbaycanda olduğu müddətdə diplomatik korpus nümayəndələrinin tərkibində Laçına səfər edib. O, bildirib ki, ilk dəfə Qarabağda 1992-ci ildə Xocalı faciəsindən iki həftə əvvəl olub. Həmin vaxtı ermənilərin dinc Azərbaycan sakinləri ilə amansız rəftarının qurbanlarını gördüyünü və bu barədə Macarıstan mediasında, həmçinin beynəlxalq mediada da dəfələrlə çıxış etdiyini bildirib.
Bu gün isə həmin illərdə gördüyü dəhşətlərin bitdiyini və uzun illər öncə Qarabağı tərk etmək məcburiyyətində qalan insanların yenidən öz ata-baba yurdlarına geri dönməsini görməkdən şad olduğunu bildirib.

Sonda xatirə şəkli çəkilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR