“BÖYÜK ZƏFƏRİN 101 ŞƏHİDİ” adlı kitab çap olunub
Gənc yazar Aydın Tağıyevın “Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Böyük Zəfərin 101 Şəhidi” adlı kitabında Vətənimizin bütün bölgələrindən olan şəhidlərimizin ailələrinə baş çəkərək, fərdi şəkildə onların bütün ailə üzvlərindən, yaxınlarından, qəhrəman qardaşlarımızın xatirələrilə bağlı təəssüratlarını əbədiləşdirib. Kitabın hər sətrində, hər səhifədə şəhidlərimizin xatirələri, ömür yolu canlandırılıb.
Azərbaycan xalqı bu gün də şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə söyləyir və həmin qələbə ilə fəxr edir. Bu, o Qələbə idi ki, hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gündən sonra Azərbaycanın böyük tarixi Zəfərə imza atmasının şahidi oldu. Dövlət və xalq olaraq Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı
Kitab yazmaq müqəddəs işdir. Əgər yazılan bu kitab torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilər haqqındadırsa, bu, ikiqat müqəddəslikdir. Vətən uğrunda gedən qanlı döyüşlərdə şəhid olanlar hamımızın əzizimizdir. Belə cəsur oğullar haqqında kitabların yazılması, yayılması da müqəddəs bir amala xidmət edən xeyirxah əməldir. Qanları ilə dastan yazanlar”
44 günlük Vətən müharibəsinin müqəddəs qəhrəmanlarına həsr olunan “Böyük Zəfərin 101 şəhidi!” çapa hazırladığı kitabı Vətən müharibəsi şəhidləri haqda ensiklopediya da adlandırmaq olar. Aylarla sürən gərgin zəhmətin nəticəsi olaraq ərsəyə gələn kitab doğma Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizdən, onların həyatından və döyüş yolundan bəhs edir. Müqəddəs şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq! Onların ruhunu sonsuz ehtiramla anır, hər birinə Uca Tanrıdan rəhmət diləyirik!
Kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş 101 igid şəhid haqqında xatirələr toplanmış, onların əbədiyyət mənzilində ruhi rahatlıq tapmasını diləyən əzizlərinin xatirələri qələmə alınmışdır. bu yenilməz oğullarının hər biri haqqında ayrıca kitab yazılsa da yenə azdır.
Unutmayaq! Bayraqları bayraq yapan üstündəki qandır, Topraq, əgər uğrunda ölən varsa vətəndir!
Ey şəhid oğlu şəhid
İstəmə məndən makber
Sənə ağuşunu açmış
Gözləyir Peyğəmbər
Yaralanmış tertemiz alnından, uzanmış yatıyor,
Bir hilâl uğruna, yâ Rab, ne güneşler batıyor!
Gökten ecdâd inerek öpse o pâk alnı değer. Ne büyüksün ki kanın kurtarıyor Tevhid’i… Bedr’in arslanları ancak, bu kadar şanlı idi.
İnanırıq ki, Aydın Tağıyevin şəhidlər haqqında yazdığı kitablar oxucular tərəfindən rəğbətlə qarşılanacaq. Gənc nəsillər zaman-zaman qəhrəmanlığı belə kitablardan da öyrənəcəklər.
Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!