Ramin Əhmədov: “Dövlətimiz gücləndikcə Ordumuzun qüdrəti də artır”
“Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində çıxış edərkən bir daha bəyan etdi ki, Ordu quruculuğu, Ordunun silah arsenalının təkmilləşdirilməsi bundan sonra da dövlətin prioritet istiqamətlərindən olacaq. Cənab Prezident ölkəyə böyük dağıdıcılıq gücünə və yüksək dəqiqliyə malik uzaq mənzilli raketlərin gətirilməsini də qeyd etdi və bunu şərtləndirən regional amillərdən detallı şəkildə danışdı”.
Agsaqqallar.com xəbər verir ki, bunu Türk Ağsaqqalları Birliyi -TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində yazıb.
Dövlət başçısının çıxışındakı ayrı-ayrı məqamlara diqqət yetirən R.Əhmədov daha sonra bunları qeyd edib. “Cənab Prezidentin dediklərinə diqqət edək:
Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən çəkişmələrə sərf etmə sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır”.
Göründüyü kimi, dövlətimiz gücləndikcə, Ordumuzun qüdrəti də artır”. Cənab Prezidentin çıxışını Ali Baş Komandanın öz əsgərləri ilə açıq söhbəti kimi də qiymətləndirə bilərik. Dövlət başçısı bununla onu şəxsi heyətə çatdırdı ki, ayıq-sayıqlığımızı itirməməli və hər an əlimiz tətikdə olmalıdır.
Belə bir şəraitdə isə vətəndaş olaraq hər birimiz dövlətimizin yanında dayanmalı, dünya üçün nümunəvi birliyimizin sarsılmasına imkan verməməliyik”.
TAİB təsisçisi hesab edir ki, qarşıdakı mərhələ bizdən daha məsuliyyətli və daha diqqətli olmadığı tələb edir. “Hədəflərimizdən, Prezidentimizin yürütdüyü müstəqil siyasətdən narahat olan qüvvələr var. Bizi yolumuzdan yayındırmağa çalışırlar. İstədikləri odur ki, enerjimizi daxili çəkişmələrə yönəldək və bununla da gündəliyimizdə olan əsas məsələlər arxa plana keçsin. Bu niyyətdə olanların bütün cəhdlərini boşa çıxarmalıyıq.
Cənab Prezidentin çıxışından aydın olur ki, Dövlətimiz yüksək amallar uğrunda mübarizə aparır. Bununla qürur duymalıyıq”.