Qəbələdə TAİB sədrinin 85 illik yubileyinə həsr olunmuş simpozium keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu günlərdə Qəbələ rayonunda Azərbaycan Uroloq və Androloqları Birliyinin ənənəvi XX simpoziumu keçirilib

Agsaqqallar.com xəbər verir ki, Simpozium TAİB-in sədri, akademik Sudeif İmamverdiyevin 85 illik yubileyinə həsr olunub. Simpoziumda 154-dən çox həkimlər iştirak edib. Yubilyarın görüşünə qardaş Türkiyədən də tanınmış professorlar və uroloqlar qatılıb. Maraqlı təqdimatlarla zəngin olan simpozium iki gün davam edib.

Sudeif Bəşir oğlu İmamverdiyev 2 iyul 1938-ci ildə Astara rayonunda anadan olub. Türk Ağsaqqalları Birliyinin sədri, AMEA-nın müxbir üzvü , uroloq, tibb elmləri doktoru, akademikdir. Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, məşhur “91”-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin sabiq deputatıdır.

Akademik Sudeif İmamverdiyev elm sahəsində göstərdiyi xidmətlərə görə 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Şöhrət ordeni ilə təltif edilmişdir. 2006-cı ildə isə elm sahəsində göstərdiyi xidmətlərə görə Y. Məmmədəliyev adına medalla təltif edilmiş, 2008-ci ildə isə əməkdar elm xadimi adına layiq görülmüşdür.

Akademik həmçinin elm sahəsində göstərdiyi xidmətlərə görə 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü secilmiş, Elmi məktəbin yaradıcısı fəxri adına layiq görülmüş və cərrahi urologiyada ixtiraçılıq və səmərələşdirici təklif vermək fəaliyyətinə görə “Nobel” medalı ilə təltif olunmuşdur.

   

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR