Özbəkistanda 4 məktəblimiz uğur qazanıb
11-18 iyun 2023-cü il tarixlərində Özbəkistanın Xivə şəhərində Əl-Biruni adına I Beynəlxalq Kimya Olimpiadası keçirilib.
Agsaqqallar.com xəbər verir ki, olimpiadada 16 ölkədən məktəblilər iştirak edib. Ölkəmiz sözügedən yarışda 4 məktəbli ilə təmsil olunub.
Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin X və XI sinif şagirdləri Nihad Hacızadə və Dəniz Səttarlı, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə olimpiadada uğurla çıxış edərək bürünc medal qazanıblar.
Oxşar Xəbərlər
- Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşıyan aztəminatlı ailələr üçün 31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətiylə ilə təntənəli tədbir keçirilib
- İlham Əliyev üç ölkəyə səfir təyin etdi – SƏRƏNCAM
- “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” adlı respublika elmi konfransı keçirilib – FOTOLAR