Azərbaycan- Pakistan əlaqələri yüksələn xətlə inkişaf edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Cari ilin iyun ayının 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfərə gəlmişdir. Azərbaycanla Pakistan arasında olan münasibətlər iki ölkə arasında qardaş əlaqələri səviyyəsinə qaldırılmışdır.

Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan üç ölkədən biridir. Yeganə dövlətdir ki, hələ bu gündə Ermənistanı dövlət kimi tanımır və heç bir diplomatik münasibətlər qurmamışdır. Pakistan torpaqlarımızən işğalı dövründə və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.

Prezident İlham Əliyevin təbirincə desək: “Pakistan və Azərbaycan hər zaman çiyin- çiyinə dayanan ölkələr olubdur. Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.
Azərbaycanla Pakistan arasında əməkdaşlıq istiqamətləri genişlənməkdədir. Belə ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələləri ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Enerji sahəsində böyük perespektivlər var. Birgə ticarətin həcminin artması istiqamətində anlaşma memarandumu imzalanacaq və məhsulların siyahısı üzərində işlər aparılacaqdır.
Mətbuat konfransında Azərbaycana olan sevgisini dilə gətirən Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif dedi: ” Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Pakistan xalqı Azərbaycan xalqını sevir. Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir”.
İstər Azərbaycan Prezidenti İlham Əliyev, istərsə də Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif ölkələrimizin qarşılıqlı inkişafı üçün bundan sonrada əlaqələri səylə davam etdirəcək, bununlada Azərbaycan və Pakistan xalqlarının tarixi qardaşlıq ənənələrinə sadiqlik nümayiş etdirəcəklər.

Mürvət İbrahimov

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR