Heydər Əliyevlə bağlı kitab nəşr olunub
“Heydər Əliyev və Azərbaycan parlamenti” 3 cildən ibarət kitab Ulu Öndərin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyi münasibəti ilə nəşr olunub.
Agsaqqallar.com xəbər verir ki, kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarova, tərtibçi redaktoru parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibovdur.
Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub. Bu stenoqramlar 30 ildə ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim olunur. Kitabda Ulu Öndərin müstəqilliyimiz, demokratiya, parlament mədəniyyəti və parlament diplomatiyası, ordu quruculuğu, neft strategiyası ilə bağlı çox dəyərli fikirləri və separatizmə qarşı mübarizəsi öz əksini tapıb. Ümummilli Liderin Azərbaycanın gələcəyi ilə bağlı parlament tribunasından səsləndirdiyi konseptual xarakterli fikirlər də əks olunub.
Təqdimatı keçirilən, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən “HEYDƏR ƏLİYEV – ZAMANIN FÖVQÜNDƏ” filminin ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova, ssenari müəllifi Mehman Qaibovdur. Film Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanmışdır.
Filmdə əsasən Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs edir. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə Ali Sovetin deputatı, SSRİ Ali Sovetin deputatı kimi fəaliyyəti, bu dövrdə onun təşəbbüsü ilə Azərbaycanın gələcəyi naminə parlamentdə görülmüş işlərdən, o cümlədən yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 3 ay 18 gün ərzində müstəqilliyin ilk illərində Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdən bəhs edilir. Filmdə Ulu Öndərin Ali Sovetin tribunasından səsləndirdiyi bir sıra fikirləri ilk dəfə nümayiş olunur. Onun parlamentə sədrlik etdiyi dövrdə müstəqilliyimizin gücləndirilməsi, ordu quruculuğu, neft strategiyası, demokratiyanın inkişafı sahəsində atdığı addımlar geniş əks olunub. Filmdə həmçinin yüksək səviyyəli Prezident-Parlament münasibətlərindəndən və Heydər Əliyev siyasətinin təntənəsindən bəhs olunur.