Ramin Əhmədov: “Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə müttəfiqliyini hərbi-strateji səviyyəyə qaldıran faktordur”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi – TAIB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Facebook səhifəsində Şuşa Bəyyannaməsinin və Türkiyə-Azərbaycan qardaşlığının əhəmiyyəti ilə bağlı paylaşım edib.

“İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasının 2 ili tamam olur. Bu tarixi sənəd Azərbaycan – Türkiyə qardaşlığının möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Şuşa Bəyannaməsi Azərbaycan- Türkiyə müttəfiqliyini hərbi-strateji səviyyəyə qaldıran faktordur.

Qeyd edək ki, Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 1921-ci ildə imzalanmış Qars müqaviləsinin, 1994-cü ildə imzalanmış “Azərbaycan və Türkiyə arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin, “Azərbaycan və Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un və “strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır.

Bu sənəd bölgədə marağı olan, və öz ambisiyalarını həyata keçirmək üçün hər cür təxribatlara cəhd edən üçüncü qüvvələrə qarşı ciddi çəkindirici amildir.

Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq yer alıb.

Bu da ölkələrimiz arasında qarşılıqlı hərbi yardım, müdafiə və təhlükəsizlik qabiliyyətinin yüksəlməsi və digər əhəmiyyətli məsələlərin həyata keçirilməsi baxımından həyati əhəmiyyətə malikdir.

Təbii ki, bu səviyyədə yaxınlıq sıradan bir məsələ deyil. Bu ciddi xarici təzyiqlərə rəğmən güclü siyasi iradə və qətiyyət nəticəsində həyata keçirilib. Dövlət başçılarımız-cənab İlham ƏIiyev və cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində bu hərbi-siyasi strategiya reallaşdırılıb.

Allah dövlətimizi, millətimizi və liderlərimizi qorusun!”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR