Qırğızıstan alimləri Dilçilik İnstitutunda

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İyunun 12-də Qırğızıstan-Türkiyə Manas Universitetinin Ədəbiyyat fakültəsinin Filologiya kafedrasının müdiri professor Burul Saqınbayeva, Qırğız Milli Yazarlar Birliyinin üzvü, şair və tərcüməçi Altınbəy İsmayılov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

Agsaqqallar.com xəbər verir ki, görüşdə Qırğızıstanın elm ocaqları, akademiyası, universitetləri ilə geniş əlaqələrdən, Azərbaycan və qırğız dillərinə dair tədqiqatlardan, əlifba məsələsindən danışılıb. Həmçinin görüşdə Azərbaycanla Qırğızıstan arasında elmi əlaqələrin genişləndirilməsi, Qırğızıstan-Türkiyə Manas Universiteti ilə əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

İnstitutun baş direktoru professor Nadir Məmmədli bildirib ki, hər iki xalq arasındakı münasibətlər minillik tarixi və etnomədəni əsaslara malikdir.

Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Almaz Binnətova, Təhsil İnstitutunun böyük elmi məsləhətçisi dosent Asif Hacıyev dosent Təranə Şükürlü görüşün elmi əlaqələrin genişlənməsinə böyük təkan verəcəyini vurğulayıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR