TAİB GT-nin üzvü Amerikanın ən böyük kibertəhlükəsizlik konfrasında çıxış edəcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB GT-nin üzvü Amerikanın ən böyük kibertəhlükəsizlik konfrasında (DefCon) çıxış edəcək. Azərbaycandan, bu kibertəhlükəsizlik üzrə beynəlxalq tədbirdə öz bacarıqlarını nümayiş etdirmək üçün təklif alan ilk Azərbaycanlıdır.

İlkin Cavadov Azərbaycanın ilk Beynəlxalq Etik Xakeridir. Alman Silahlı Qüvvələrindən ( Hall of Fame ) VDPw Medalı və təşəkkür məktubu almış 18 – Etik Hakerdən biri həmçinin adı ”’Şərəf”’ lövhəsinə salınan ilk Azərbaycanlıdır. Həmçinin Dünyada çox nadir olan Böyük Britaniyanın Müdafiyə Nazirliyindən Medal və Təşəkkür məktubu almış yeganə Azərbaycanlı Etik Hakerdir.

İlkin Cavadov Zakir oğlu 1997-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetinin Kompyuter elmləri ixtisasına yiyələnmişdir. Magistr üzrə Naxçıvan Dövlət Üniversiteti idarəetmədə informasiya texnologiyaları ixtisasına yiyələnmişdir.

10 ilə yaxındır ki, Etik Xaker olaraq fəaliyyət göstərir. Hal-hazırda Azərbaycan Texniki Universitetində magistr tələbələrinə Kibertəhlükəsizlik fənnini tədris edir. Həmçinin Millikart LLC Kibertəhlükəsizlik sahəsi üzrə ekspert vəzifəsində çalışır.
O, artıq 8 ildir ki, Bug bounty və Coordinated vulnerability disclosure çərçivəsində sistemlərdə boşluqlar tapır. Çox tanınmış bir çok şirkətlərdə mükafatlandırılmışdır.

İlkin Cavadov Birləşmiş Krallığın Müdafiə Nazirliyi və Alman Silahlı Qüvvələri sistemlərində tapdığı boşluqları bildirdiyi üçün həmin qurumlar tərəfindən medal və təşəkkür məktubları ilə təltif olunub (VDPBw, Vulnerability Disclosure Policy der Bundeswehr).

Bir çox tanınan şirkətlərdə tapdığı boşluqlara görə mükafatlar almışdır. Chainlink, Google, BelastingdienstNl, bitcoin Org, Ministry of defence UK, DOD, Eset, Harvard Uni, Cambridge, Hyundai, Bentley, WesternUnion, Mastercard və bir neçə nüfuzlu şirkətlər var ki, boşluqları taparaq bildirmişdir. Həmin şirkətlər tərəfindən mükafatlandırılıb. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərində keçirilən EMEA-nın ən böyük kibertəhlükəsizlik tədbirlərindən olan 2023 Gisec Global 2023’da iştirak etmişdir.

25 may 2023-cü ildə TAİB GT-nin üzvü olmuş və TAİB GT-nin mətbuat və sosial şəbəkələr üzrə xidmətdə fəaliyyətə başlamışdır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR