" />

Ramin Əhmədov: “Bu gün əldə etdiyimiz uğurlar İlham Əliyevin çoxşaxəli Qarabağ konsepsiyası və milli maraqlara söykənən siyasətinin nəticəsidir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Facebook səhifəsində İlham Əliyevin çoxşaxəli Qarabağ konsepsiyası ilə bağlı paylaşım edib.

Paylaşımı olduğu kimi təqdim edirik:

“Cənab Prezidentin postmüharibə dövründəki Qarabağ siyasəti, beynəlxalq müstəvidə tutulan mövqe Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq dəstəklənir. Ermənistanla müqayisədə Azərbaycan cəmiyyətində iqtidarın diplomatiya meydanında apardığı Qarabağ savaşı ilə bağlı bir-biri ilə ziddiyət təşkil edən mövqelər müşahidə olunmur. Əlbəttə bu gün əldə olunan uğurlar , İlham Əliyevin hakimiyyətə gəldiyi ilk dövrlərdən reallaşdırdığı çoxşaxəli Qarabağ konsepsiyasının nəticələridir. Heyranedici dəqiqliklə hesablanmış bu konsepsiya hazırda yekun fazaya keçid alıb. Qarşıdakı mərhələdə Azərbaycanla Ermənistan arasında 30 illik münaqişəyə son qoyacaq yekun sülh sazişi imzalanacaq.
Cənab prezident bu illər ərzində milli maraqlarımızı hər şeydən üstün tutaraq Azərbaycan həqiqətlərini bütün dünyaya qəbul etdirdi. İlham Əliyev Qarabağ konsepsiyası ilə yanaşı, paralel olaraq sürətli iqtisadi inkişaf konsepsiyası da həyata keçirdi ki, bu da diplomatiya meydanlarındakı mövqelərimizi daha da möhkəmləndirdi.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi arxitekturasında mühüm rol oynayır. Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş adlandırırlar. Dünyanın aparıcı ölkələri ilə təkcə enerji sahəsində deyil, digər bir sıra istiqamətlər üzrə də dərin əməkdaşlığımız var. Bütün bunlar isə sözsüz ki, dinamik inkişaf xəttindən, ölkəiçi stabillikdən, dayanıqlı sosial siyasətdən və unikal dövlət idarəçiliyindən irəli gələn reallıqlardır.
Bəlkə də bu gün bəziləri əldə etdiyimiz nəticələrin mahiyyətini, uğurların miqyası və tarixi əhəməyyətini olduğu kimi dərk eləmir. Reallıq isə bundan ibarətdir ki, İlham Əliyev cəmi bir neçə il əvvəl həlli mümkünsüz görünən məsələləri milli maraqlarımız daxilində elə ustalıqla həyata keçirdi ki, Azərbaycan insanı dünya durduqca ona minnətdar olmalıdır. Gəlin etiraf edək ki, çoxları işğaldakı torpaqlardan birdəfəlik əlini üzmüşdü. İlham Əliyevsə dünyanın ədalətsizliyi ilə sona qədər mübarizə apardı, prinsiplərindən, milli maraqlarımızdan geri durmadı. Tam əminliklə deyə bilərik ki, qarşıda bizi daha böyük qələbələr gözləyir. Inanılmaz görünən nə varsa, İlham Əliyev hamısını Azərbaycanın reallığına çevirəcək. Elan olunmuş prioritetlərin hamısının həyata keçiriləcəyinə heç kəsin şübhəsi olmasın”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR