Şərqi Türküstan əsilli uyğur türkü Danışcan Ahmet tezliklə Marsa göndəriləcək
Yaponiyada kosmik mühəndis işləyən Şərqi Türküstan əsilli uyğur türkü Danışcan Ahmet tezliklə Marsa göndəriləcək.
Agsaqqallar.com xəbər verir ki, Tohoku Universitetində Aerokosmik Mühəndislik fakültəsində tədqiqatçı vəzifəsində çalışan Danışcan Əhmədin ölkədə həyata keçirilən kosmik layihə üçün Marsa gedəcəyi açıqlanıb.
Yaponiyadakı uyğur türkləri bir sıra ilklərə imza atıb. Bundan öncə Yaponiyanın siyasi tarixində ilk dəfə Şərqi Türküstan əsilli uyğur türkü və Liberal Demokrat Partiyasının (LDP) namizədi Arfiya Eri millət vəkili seçilmişdi.