TAİB İdarə Heyətinin üzvü Kenan Çarboğa:”Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərman “Kitabi-Dədə Qorqud” üçün tarixi missiya idi”
TAİB İdarə Heyətinin üzvü Kenan Çarboğa:”Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərman “Kitabi-Dədə Qorqud” üçün tarixi missiya idi”
“Bu il qardaş Azərbaycanda ölkə başçısının imzaladığı fərmana əsasən ümummilli lider Heydər Əliyevin 100 illiyi təntənəli şəkildə qeyd edilir. Böyük Türk sərkərdəsinin misilsiz xidmətlərinin nəticəsidir ki, Azərbaycan bu gün uğurlu islahatlarla qabaqcıl ölkələr sırasındadır”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türk Araşdırmalar Mərkəzinin direktoru, TAİB-in İdarə Heyətinin üzvü, tanınmış yazar Kenan Çarboğa deyib.
O, bildirib ki, “2023-Heydər Əliyev ili” cərcivəsində üzvü olduğu Türk Ağsaqqalları Birliyinin gördüyü işlər təqdirəlayiqdir və türk ölkələrində yaşayan hər bir üzvün fərəhinə səbəb olur.
“Ümummilli lider Heydər Əliyevin hər sahəyə olduğu kimi tarix və mədəniyyətə də olan diqqəti türk tarixinin qorunmasına xidmət edib. Ulu Öndərin 1997-ci ildə imzaladığı “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərmanın tarixi missiyası Dədə Qorqud irsinin araşdırılması, ortaq türk mədəniyyətinin araşdırılmasında mühüm bir strategiyadır. Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu türk dünyasının milli mədəniyyət tarixinə göstərilən qayğının real nəticəsidir. Bu gün türk dünyasının ortaq mədəniyyətinin qorunmasında TAİBdə cəmləşən türk dünyasının müdrik ağsaqqallarının, aydınlarının da məxsusi qolu var. Biz öz tariximizə sahib çıxmalıyıq ki, düşmənlərimiz təhrif edə bilməsinlər. Bu gün TAİB Gənclər Təşkilatı da biz İdarə Heyətinin tövsiyyələrindən bəhrələnərək tariximizə kökləniblər. Onlar hazırda türkün tarixinin təbliğatı ilə məşğul olaraq xeyli əhəmiyyətli işlər görürlər”-deyə K. Çarboğa bildirib.
Qeyd edək ki, TAİB üzvü həm də Azərbaycanın görkəmli ədiblərinin əsərlərini türk dilinə tərcümə və təbliğ etməklə məşğuldur.