BÜRÜNLÜ XATİRƏLƏRİM

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Hər bir adamın həyatında uşaqlıq və gənclik xatirələri xüsusi yer tutur. Adam yaşa
dolduqca bunları tez-tez xatırlayır və ömrün necə sürətlə keçdiyini dərindən anlayıb, ötən
günlərə heyifsilənir, o anları bir də yaşamaq istəyir. Amma ötənləri geri qaytarmaq mümkün deyil. Buna görə də xatirələr burada adamın dadına çatır, yəni onu xəyalın qanadları ötənə-keçənə tərəf aparır, xoş duyğular yaşadır. Sözümün qısası odur ki, mən də yeri gələndə xatirələri xatırlayır, ötəni-keçəni həsrətlə anıram.
…Yadımdadır. yaxın qohumum İlqarın Zəngilanın Bürünlü kəndində bir xalası
vardı. Məleykə xala. Dedikcə qonaqpərvər və xeyirxah qadındı. Adətən, həmişə yayda
tətilə çıxan kimi oraya gedərdim. 70-ci illərdə mən orta məktəbdə oxuyurdum. Bürünlüyə
gedəndə azı bir həftə, on gün qalır, dincəlirdim. Kəndin Oxçu çayının yaxınlığında yerləşməsi, ətrafının meşəliklə örtülməsi, gözəl təbiəti məni həmişə bu kəndə cəlb edirdi.
Burada kənd uşaqları ilə meşəni gəzir, Oxçu çayında çimir, mənzərəli yerləri seyr edirdim. Bürünlüdən keçib-gedən dəmiryolu da vardı. Bu yol Qafana qədər uzanırdı. Yadımdadır, maraq və həvəs məni bir neçə dəfə Qafana da aparmışdı. Hələ onda orada soydaşlarımız yaşayırdılar. Amma ermənilərin sərt nəzərlərini duruşlarından, baxışlarından sezirdim. Bu namərdlərin türk düşmənçiliyi davam edirdi. Mən Qafana gedəndə nənəm Həmayılın danışdığı qaçaqaçı xatırlayıb kövrələr, zorla özümü ağlamaqdan saxlayırdım. Evə qayıdan kimi yenə nənəmin üstünü kəsdirər, ötənlərdən-keçənlərdən danışmasını xahiş
edərdim. Nənəmə diqqətlə qulaq asandan sonra xəyala dalardım:
– Bu namərd ermənilər zorla gəlib torpaqlarımıza yiyələnməkləri bəs deyil, adamı da az qala gözləri ilə yemək istəyirlər.
Sonra ermənilərlə bağlı bəzi deyimləri xatırladım.
Ermənini qapında gör.
Erməni atı mindi, Allahı unutdu.
Ağacdan maşa, ermənidən paşa olmaz.
Bir də babalarımızın bir sözü də var: “Əslində olan dırnağında göstərər”. Ermənilər
də öz dədə-babalarının namərdliklərini əməllərində yaşadırlar.
…Söz özü çəkdi, arşın bezi. Söhbətimin axarı belə düşdü. Qayıdıram söhbətimin əvvəlinə. Hə, gənclik, eləcə də uşaqlıq illərinin xatirələri həm şirin, həm də yaddaşda, hafizədə yaxşı qalır, həmişə xatırlanır. Onların arasında Bürünlü ilə bağlı olanlar heç unudulmur.
…Bürünlünün bu günkü halını görəndə ürəyim qan ağladı. Alçaq ermənilər bu gözəl
kəndi xarabalığa çeviriblər. Amma meşənin gözəlliyi, Oxçu çayının mənzərəsi yenə də
adamı cəlb edir. Deyirəm kaş fürsət olaydı Bürünlüyə gedəydim, Mələk xalagilin o xaraba qalan evinin qabağında dayanaydım… Onu da deyim ki, Mələk xalanın yaşı doxsanı
keçib… O da Bürünlü həsrəti ilə yanıb tutuşur. Bürünlüyə dönənə kimi həyat vəfa edər-etməz – bunu da Yaradan bilir.
Hə, ürəyimdən keçənləri ağ vərəqlərə köçürdüm deyə bir az rahatlandım. Bir də
ötənlərə qayıtmaq, o gözəl günləri xatırlamaq mənə bu yazını yazdırdı.

Yusif Qədirquliyev

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR