UNUDULMAZ KOMANDİR
Elə insanlar var ki, adam onları heç vaxt unuda bilmir, həmişə belələrini
xatırlayıb düşüncələrə dalır, bu duyğuların təsiri ilə mənən təmizlənir, durulur, qəlbi xeyirxahlıq hissləri ilə dolur. Adam Allahına dua edir ki, belə insanlara rast gə-
lib, belələri haqqında az-çox məlumatı var…
Nə yaxşı dünya belə xeyirxah, yaxşı
insanlardan xalı deyil. Belələrindən biri də Vüsal Vəliyev İslam oğludur. Mən bu
igid zabiti heç vaxt görməsəm də haqqında çox eşitmişəm, qardaşı Əpoş Vəliyev
mənim iş yoldaşımdı. Onun hazırladığı “Qisas-44” kitabını bir neçə dəfə oxumu-
şam. Burada şəhid mayor Vüsal haqqında məqalələr, şeirlər, poemalar, mahnılar və
şəkillər toplanıb.
Bu yaxın günlərdə iş yolaşım Əpoşun əhvalının yaxşı olduğunu görəndə bunun səbəbini soruşmamış o, özü dilləndi:
– Bu gün məni bir oğlan çox sevindirdi, sanki mənə dünyanı bağışladılar.
– Bu dediyin oğlan kimdi?
– Magistaturada təhsil alır, adı Xanmuraddı, əslən Qubadandı. Qardaşım Vü-
salın əsgəri olub. Xanmurad özü axtarıb məni tapdı, beləcə tanış olduq. Sən demə,
Xanmurad məni sosial şəbəkədə izləyirmiş.
Bu xoş xəbər məni də sevindirdi. Dərhal Xanmuradla telefon əlaqəsi saxladım. Müsahibim aramla sözə başladı:
– Mən komandirlə (mayor Vüsala həmişə belə müraciət edirdim) bir il iki ay
münasibətdə olmuşam. Vüsal birbaşa mənim komandirim olmasa da üç gündən bir
qarovula çıxanda həmişə qarovulun rəisi olurdu. İlk qarovul xidmətim heç yadımdam çıxmır. Ordan qayıdanda baxdım ki, Vüsal mənim komandirimə deyir:
– Bəxtin gətirib, sənin bir nümunəvi əsgərin də oldu.
Sən demə, o, məni diqqətlə izləyirmiş. Beləcə aramızda xoş bir münasibət yarandı. Fikir verdim ki, hərbi hissədə hamı ona hörmətlə yanaşır, bir kimsədən onun
barəsində mənfi söz eşitmədim. Çünki o, əsgərlə özü arasında fərq qoymur, hər
kəsə qarşı mehriban və diqqətli idi. Bir dəfə otaqdan o biri otaqdakı (zabitlərin ota-
ğını deyirəm) televiziya verilişinə baxırdıq. Arada şüşə olduğundan, televizor ekranını yaxşı görmədiyimizdən boylana-boylana qalmışdıq. Sən demə, Vüsal buna
diqqət yetirirniş. Bir də baxdıq o, bizi səsləyir:
– Gəlin içəri, burda rahat baxın.
Bəli, Vüsal əsgərlərə qarşı çox həssasdı, kim xəstələsə dərhal onu sançasta
göndərər, arada bir ona baş da çəkərdi. Üstəlik, ərzaq-filan da alar, ona xoş sözlər
də deyərdi.
… Nə deyim, vallah. Onunla aprel döyüşlərində də səngərdə yan-yana dayanıb
vuruşmuşam.
Sonralar ondan uzaq düşdüm. Həmişə Allaha dua edirdim ki, komandirə bir
şey olmasın. Bir dəfə şəhidlərin sırasında onun adını görəndə çox sarsıldım, qəhərləndim. Sanki dünyam yıxıldı. Axtarıb unudulmaz komandirin qardaşını tapdım,
Əpoş müəllimi. Yaxşılar həmişə axtarılır, müəllim. Bir də insanlığın yaxşı xüsusiyyətləri elə yaxşılıqda, xoş əməllərdədir. Bir sözlə, əməli saleh olanlar dünyamı-
zın gözəlliyini, zənginliyini yaşadanlardır. Mən fəxr edirəm ki, belə cəsur, mərd,
unudulmaz bir komandıri yaxından tanımışam – Vüsal Vəliyev İslam oğlunun adı-
nı könül dəftərimə həkk etmişəm.
Xanmuradın mayor Vüsal Vəliyev haqqında xatirələrini olduğu kimi qələmə
aldım.
Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent