" />

Ramin Əhmədov: “Türkiyə bundan sonra daha da güclənəcək!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi yaşandı. Qardaş Türkiyədə keçirilmiş prezident seçkisində Azərbaycan-Türkiyə birliyi və bütövlükdə Türk dünyası qazandı.”

Bu fikirləri Türk Ağsaqqalları Birliyi -TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Facebook səhifəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı paylaşımında qeyd edib.

“İmperializm, eləcə də, İran və Ermənistan, onların havadarlarının. niyyəti baş tutmadı və onlar məğlub oldular. Ermənistan da İran da xam xəyallar qurub seçkinin Hörmətli Rəcəb Tayyib Ərdoğanın məğlubiyyəti ilə başa çatacağını və nəticədə Azərbaycan-Türkiyə münasibətlərinin sərinləşəcəyini gözləyirdilər. Böyük və müdrük Türkiyə xalqı onların arzusunu gözlərində qoyub, daha güclü Türkiyəyə səs verdi.

Əslində Türkiyə xilas oldu desək daha doğru olar. Rəcəb Tayyib Ərdoğan seçkidə müvəffəqiyyət əldə etməsəydi, qardaş ölkəni müharibələrə sürükləyəcək, hərbi sənayesinə, texnoloji potensialına ciddi zərbə vuracaqdılar.Xalq buna imkan vermədi və bütün məkrli planları alt-üst etdi.

Əminliklə deyə bilərik ki, Türkiyə bundanra daha da güclənəcək. Eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələri qarşıdakı mərhələdə daha dərin xarakter alacaq. Bu birlik, bu güc isə bütövlükdə türk dünyasını gücləndirəcək.”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR