28 May Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yüz iki il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən – Əqidənamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Bugün dövlətimizin iqtisadi imkanlarının artması orduya daha çox vəsait ayrılmasına şərait yaradır. Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkənin müxtəlif bölgələrinə səfərləri zamanı hərbi hissələrdə olur, çətin şəraitdə Vətənə xidmət edən hərbi qulluqçuların əməyini yüksək qiymətləndirir.

Həqiqətən də, ordu dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır. Müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi işğal altında olan bir ölkə üçün güclü ordunun mövcudluğu xüsusilə önəmlidir. Bugün Azərbaycanın qarşısında duran ən mühüm məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, torpaqlarımızın işğaldan azad edilməsi və bir milyondan artıq soydaşımızın öz doğma yurdlarına qayıtmasıdır. Dövlətimizin başçısı problemin sülh yolu ilə həllinə çalışaraq dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq, işğal olunmuş ərazilər nəyin bahasına olursa-olsun, azad ediləcək.
Artıq biz bugün neçə illərdir ki həsrətində olduğumuz anların şahidi oluruq. Azərbaycan ordusu Qarabağda şanlı tarix yazır. Sentyabrın 27-də cəbhədə təxribat törətmək istəyən düşmən ordusuna ən layiqli cavabı Azərbaycan əsgəri verir. 30 ilə yaxındır ki düşmən tapdağı altında olan Cəbrayıl, Füzuli, Hadrut, Suqovuşan və sair şəhər və kəndlərimiz düşmən işğalından xilas olunub. Azərbaycan xalqı inanır ki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı digər torpaqlarımız da qısa müddətdə işğaldan azad olunacaq. Şuşada, xankəndində Azərbaycan bayrağı qaldırılacaqdır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Qarabağ Azərbaycandır!

Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR