Azərbaycan və Özbəkistan hərbi tibb sahəsində əməkdaşlığı müzakirə ediblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan və Özbəkistan hərbi tibb sahəsində əməkdaşlığı müzakirə ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildilib ki, iki ölkə arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Özbəkistan Müdafiə Nazirliyinin Tibb Təminatı İdarəsinin rəisi tibb xidməti polkovniki Nosirjon Fozilovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev onları ölkədə görməkdən məmnun olduğunu bildirib. General-mayor nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, Vətən müharibəsi zamanı hərbi tibbi personalının səhra şəraitində və ekstremal vəziyyətlərdə fəaliyyəti barədə məlumat verib.

Görüşdə tərəflər hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Sonra özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi ilə tanış olub, hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR